Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya şurasının iclası keçiriləcək

29 iyun 2018-ci il tarixində saat 16:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Fuad Nəcəf oğlu Əliyevin “Potensial tipli inteqral operatorların lokal ossilyasiya terminlərində tədqiqi” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim […]

Dissertasiya şurasının iclası keçiriləcək

29 iyun 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Növrəstə Sidqəli qızı Bayramovanın “Hilbert fəzasinda bəzi operator-diferensial tənliklərin Qrin funksiyasının, məxsusi ədədlərinin asimptotik paylanmasının və çəkili izinin tədqiqi” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə […]

AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev Qırğızıstanda keçirilmiş beynəlxalq elmi konfransında iştirak edib

17-23 iyun 2018-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində “Riyazi analiz, Diferensial tənliklər və tətbiqlər – MADEA 2018” adlı Beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev iştirak edib. O, konfransın plenar iclasında “Şredinger operatorunun doğurduğu funksional fəzalar və inteqral operatorlar” mövzusunda məruzə […]

Elmi şuranın növbəti iclası keçiriləcək

27.06.2018-ci il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda şöbələrin yarımillik hesabatları dinləniləcək və institutun əyani doktoranturasına 2017-ci ildə qəbul olunan fəlsəfə doktoru hazırlığı üzrə doktorantların fərdi iş planları təsdiq olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrların nəzərinə!

2018/2019-cu tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur: – şəxsiyyət vəsiqəsinin əsli və surəti; – bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); – 4 ədəd fotoşəkil (3×4 sm). Qeydiyyat 2018-ci […]

Azərbaycanlı şagirdlər yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında 6 medal qazanıblar

Azərbaycanlı şagirdlər Yunanıstanın Rodos adasında keçirilən Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da azərbaycanlı şagirdlər 6 medal qazanaraq 100 faizlik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər. Şagirlərimizdən Abutalıb Namazov (Fizika Riyaziyyat İnformatika […]

Faydalı linklər