12/06/2018
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirildi. Məqsəd “Poisk” qəzetinin fəaliyyəti, elmin populyarlaşdırılması və təbliğində KİV-in rolu, elmi jurnalistlərin peşəkarlaşdırılması və s. istiqamətdə görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması idi. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr […]
12/06/2018
25 iyun 2018-ci il tarixindən etibarən Mərdəkanda yerləşən AMEA-nın “Elm” uşaq düşərgəsi (I növbə – 14 gün) fəaliyyətə başlayacaq. Hər bir uşağın istirahət haqqı 200 manatdır (70 manat valideyn tərəfindən, 130 manat isə institut həmkarlar komitəsinin fondundan ödənilmək şərti ilə). Tələb olunan sənədlər: – Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi; – Sağlamlıq haqqında arayış. […]
11/06/2018
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib. İdarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyevin iştirak etdiyi görüşdə məqsəd AMEA-nın magistraturasına qəbulla bağlı bakalavrların müsahibəsinin təşkili olub. İclası […]
11/06/2018
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqə 2016-cı ilin dekabrın 28-də elan olunub. Qrant layihələri 2017-ci il 05 yanvar-28 fevral tarixləri arasında müsabiqəyə daxil olub. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə Azərbaycan tərəfindən 138 layihə təqdim edilib. Layihələrin texniki ekspertizası təşkil olunub, müsabiqə qaydaları və tələblərinə cavab verməyən […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda elmi işçi Hicran Əli qızı Məmmədova “Aqressiv mühitdə yarımsonsuz lövhənin düzxətli sərhəddində tətbiq olunmuş maili qüvvə ilə deformasiyasında dağılma vaxtının təyininin bir halı” mövzusunda məruzə edib. Məruzədə korroziyaya uğrayan materialdan olan yarımsonsuz lövhənin aqressiv mühitdə düzxətli […]
08/06/2018
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və AMEA arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində 2017-ci il martın 28-də elan olunmuş birinci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 28-dən iyunun 29-dək qəbul olunub. Layihələr […]