Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

08.06.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda elmi işçi Hicran Əli qızı Məmmədovanın “Aqressiv mühitdə yarımsonsuz lövhənin düzxətli sərhəddində tətbiq olunmuş maili qüvvə ilə deformasiyasında dağılma vaxtının təyininin bir halı haqqında” mövzusunda məruzəsi olacaqdır. Məruzədə korroziyaya uğrayan materialdan olan yarımsonsuz lövhənin aqressiv mühitdə düzxətli […]

Akademik Zahid Xəlilovun Moskvada ikinci dəfə çap olunmuş “Funksional analizin əsasları” kitabı ictimaiyyətə təqdim olunub

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan riyaziyyat məktəbinin banisi, görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun Moskva şəhərində URSS-“Fizika və Riyaziyyat irsi” nəşriyyatında ikinci dəfə çap olunmuş “Funksional analizin əsasları” kitabı ictimaiyyətə təqdim olunub. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor […]

Riyaziyyat və Mexanika İnstitutunda “Şamaxı, Kürdəmir və Şəki rayonlarında yerləşən geofiziki stansiyalarında radon qazının ayrılmasının monitorinqi” mövzusunda seminar keçirilib

İyunun 5-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Geologiya və Geofizika İnstitutu ilə birgə “Şamaxı, Kürdəmir və Şəki rayonlarında yerləşən geofiziki stansiyalarında radon qazının ayrılmasının monitorinqi” mövzudunda seminar keçirilib. Seminarda institutun əməkdaşları ilə yanaşı AMEA-nın Geologiya və Geofizika, Radiasiya Problemləri, İdarəetmə Sistemləri İnstitutlarının, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz”, “Diferensial tənliklər”, “Optimal proseslərin riyazi nəzəriyyəsi” ixtisasları üzrə magistr dissertasiya müdafiəsi 07.06.2018-ci il tarixində saat 10:00-da  akt zalında keçiriləcək. 1. Cəfərova Səbinə İlqar qızı. Mövzu: “Çəkili Lebeq fəzalarında həyəcanlanmış sinus və kosinus sistemlərindən ibarət bazislər”. Elmi rəhbər: AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov. 2. Dadaşova Gülqayıt Aydın qızı. […]

E L A N

06.06.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda BDU-nun dosenti Şirmayıl Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda çıxış edəcək. Məruzədə xarici oblastda zaman arqumentinə görəperiodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminə baxılır. Müsbət qlobal həllin yoxluğu məsələsi tədqiq olunur. […]

E L A N

06.06.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminar görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun xatirəsinə həsr olunacaq. Tədbirdə alim haqqında xatirələr danışılacaq. Qeyd edək ki, bu günlərdə Zahid Xəlilovun “Funksional analizin əsasları” kitabı AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə Moskva […]

Faydalı linklər