Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

01.06.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə dəyişən dərəcəli Morri fəzaları arasında kəsilməz daxiloma üçün meyarlar haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

“Funksional analizin əsasları” kitabı ikinci dəfə nəşr olunub

Görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun “Funksional analizin əsasları” kitabı 1949-cu ildə rus dilində Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çap olunmuşdur. Bu kitab Sovet İttifaqında funksional analiz sahəsində nəşr olunmuş ilk kitabdır. Bu günlərdə kitab ikinci dəfə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı […]

“Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.  Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Rəşid Əliyev “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları” mövzusunda məruzə edib. Çıxışda Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları verilib. Göstərilib ki, approksimasiya edən operatorlar sinqulyar […]

E L A N

31.05.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda məruzə edəcəkdir. Toplanmış idarəetmələrin sintezi ilə nazik lövhənin qızdırılmasının prosesi misalı üzərində paylanmış parametrli obyektlərin idarəedilməsi məsələsinə baxılmışdır. Baxılan məsələdə, eyni zamanda həm idarəetmə […]

XIX əsrdə və XX əsrin əvvəllərində Dərbənddə təhsil necə idi?

– XIX əsrdə və XX əsrin əvvəllərində Dərbənddə təhsil necə idi? Dərbəndin Rusiyaya birləşdirilməsinə qədər, yəni 1906-cı ilədək şəhərdə təhsil əsas etibarı ilə məhəllə məscidlərindəki ibtidai məktəblərdə həyata keçirilirdi. XIII əsrdə Dərbənddə olmuş ərəb coğrafiyaşunası Zəkəriyyə əl – Qəzvini yazırdı ki, şəhərdə çoxlu qala, bu qalalarda isə yaxınlıqda yaşayanların ilahiyyəti öyrənməsi üçün mədrəsələr var. Məscidlərdəki […]

E L A N

31.05.2018–ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın b.e. işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərində əlamətlər arasında metrik məsafənin seçimi problemləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə identifikasiya məsələlərində əlamətlərin secimi (peyk məlumatlarından istifadə etməklə) və onların arasında metrik məsafənin təyini problemləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Faydalı linklər