29/05/2018
26-29 noyabr tarixlərində Rusiyanın Xalqlar Dostluğu Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, REA V.A.Steklov adına Riyaziyyat İnstitutu, Moskva Fizika-Texniki İnstitutu, Moskva Texnologiya Universiteti və Riyaziyyat üzrə RF Təhsil və Elm Nazirliyinin elmi-metodik şuranın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. Rusiya Xalqlar Dostluğu Universitetində baş tutacaq “Funksional fəzalar. Diferensial operatorlar. Riyazi təhsilin problemləri” adlı V Beynəlxalq konfrans […]
30.05.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda şöbənin magistrantı Yetər Fərhadovanın diferensial tənliklər ixtisası üzrə “Bir sinif dissipativ Timoşenko sistemi üçün qarışıq məsələnin həllərinin asimptotikasi” adlı dissertasiya işinin müzakirəsi keçirələcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
30.05.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar sinqulyar və hipersinqulyar […]
27/05/2018
1881-ci ildə açılmış Uluxanlı məktəbi İrəvan quberniyasında ilk yeni tipli məktəblərdən idi. İlk dəfə məktəbə 31 şagird qəbul olunmuşdu. Məktəbin fəaliyyət dairəsi get-gedə genişlənməyə başlayırdı. 1904-cü ilin “Kavkazskiy kalendar” məcmuəsindən bəlli olur ki, həmin il Uluxanlı məktəbində 63 şagird təhsil alırdı. Məktəbə Məmməd bəy Qazıyev rəhbərlik edirdi. Qori seminariyasını yenicə bitirmiş, gələcəyin böyük ədəbi Cəlil […]
27/05/2018
– XIX əsrdə Azərbaycanda texniki-peşə təhsili haqqında nə bilirsiniz? İpəkçilik sənayesinin inkişafı ilə əlaqədar olaraq ilk peşə məktəbi 1843-cü ildə Şəkidə açıldı. Fəaliyyət göstərdiyi 20 il ərzində (1843-1863-cü illər) məktəbə qəbul olunan 236 şagirddən 117-si məktəbi bitirərək usta adı almışdı. 1879-cu ildə Naxçıvanda xarratlıq və çilingərlik sənəti öyrədən şəhər məktəbinin (təhsil müddəti 3 il idi) […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminar keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsilən əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzə edib. Məruzədə kəsilən əmsallı elliptik/parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı haqqında danışılıb. […]