Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Londonda qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin Böyük Britaniyadakı səfirliyinin və Londonda fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının təşkilatçılığı ilə mərasim keçirilib. Mərasimdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva, Böyük Britaniyanın Avropa və Amerika məsələləri […]

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı vermək istəyən bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 3-də keçiriləcək. “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. Namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən […]

Nəzəri fizika üzrə Pomerançuk mükafatı laureatlarının adları açıqlanıb

Hər il iki fizik-nəzəriyyəçiyə təqdim olunan İsaak Pomerançuk mükafatı laureatlarının adları açıqlanıb. Bu il mükafata İtaliyanın Sapiyensa Universitetinin professoru Corcio Parizi və Rusiya Elmlər Akademiyasının Fizika Problemləri İnstitutunun professoru Lev Pitayevskiy layiq görülüblər. Sözügedən mükafat professor C.Pariziyə kvant sahə nəzəriyyəsi, statistik mexanika və elementar zərrəciklər nəzəriyyəsi sahəsində əldə etdiyi elmi əhəmiyyətli nəticələrə, professor L.Pitayevskiyə isə […]

Azərbaycanın təhsil tarixinə aid suallar və cavablar – texnoloqlar

– XIX əsrdə Azərbaycanda çalışmış mühəndis – texnoloqlar. 1. İbadulla Əliyev 2. Ağa Axundov 3. Hacı bəy Axundov 4. İbrahim Heydərov 5. Kərim bəy Məlikov 6. Səffət bəy Məlikov 7. Ağakərim Məşədi Kərim oğlu Əminov 8. Lütfəli bəy Mahmudbəyov Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s. © […]

Dissertasiya şurasının iclası keçiriləcək

01 iyun 2018-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında TELMAN BENSER oğlu QASIMOVUN “Kəsilən diferensial operatorların spektral xassələrinin tədqiqi” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün […]

Azərbaycan Cümhuriyyətinin ali təhsilli dövlət adamlarının sənədli tərcümeyi-halı ilk dəfə toplu halında çap olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitab 480 səhifədən ibarətdir. Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovdur. […]

Faydalı linklər