Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

23.05.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Funksional analiz” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Mehriban Kərimovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Cırlaşan elliptik- parabolik tip tənliklərin həllinin araşdırılması” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

XIX əsrdə Azərbaycanın Bakı qəzasında açılmış kənd məktəbləri

– XIX əsrdə Azərbaycanın Bakı qəzasında açılmış kənd məktəbləri. Suraxanı 8.XI.1880 Sabunçu 9.XII.1883 Balaxanı 13.IX.1896 Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanın təhsil tarixinə aid suallar və cavablar

– Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında hansı statistik məlumatlar var? Bu şöbəyə ilk dəfə 32 nəfər qəbul olunub. Bunlardan 24 nəfəri Aleksey Osipoviç Çernyayevski tərəfindən yerlərdən seçilərək seminariyaya dəvət olunmuşdu, qalanları öz arzuları ilə gəlmişdilər. 32 nəfərdən 19-u şöbənin əsas sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul olundu. Maraqlıdır ki, Azərbaycan şöbəsinə ilk qəbul […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda doktorluq minimum imtahanı keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadənin 20 aprel 2018-ci il tarixli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, Riyaziyyat və Mexanika İnstitutunda “Analiz və funksional analiz”, “Ehtimal nəzəriyyəsi”, “Diferensial tənliklər”, “Deformasiya olunan bərk cisim mexanikası”, “Maye, qaz və plazma mexanikası”, “Bütöv mühit mexanikası” ixtisas fənləri üzrə doktorluq imtahanı keçirilib. İmtahanda institutun və Azərbaycan Dövlət Neft və […]

E L A N

23 may 2018-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutun Akt zalında Azərbaycan kino tarixçisi, jurnalist, pedaqoq – Aydın Kazımzadə, Azərbaycanın kitab qrafikasının parlaq nümayəndəsi Arif Hüseynov, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev ilə görüş keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Ümumiləşdirilmiş Kanyar-Huup metodunun çox- ölçülü riyazi-fizika məsələlərinə tədbiqi” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tədbiqləri” adlı seminarı keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlu “Ümumiləşdirilmiş Kanyar-Huup metodunun çoxölçülü riyazi-fizika məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzə Laplas-Furye inteqral çevrilməsindən sonra dəyişməz qalan analitik funksiyaların çoxölçülü riyazi-fizika məsələlərinin həllərinin qurulmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. […]

Faydalı linklər