12/01/2018
-XV əsrdə Azərbaycanda məktəb və mədrəsələrin, kitabxanaların artması başlıca səbəbi Şah İsmayıl Xətainin maarifpərvər dövlət başçısı olması idi. Onun dövründə yeni məktəb və mədrəsələrin açılması ilə yanaşı, həm də klassik əsərlər toplandı, xəttatlar hazırlandı, nadir kitabların üzü köçürüldü və bu kitablara çoxlu miniatürlər çəkildi. Şah İsmayılın Azərbaycanda yaratdığı rəssamlıq məktəbi Seyid Əhməd Behzat, Ağa Mirək […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edib. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılıb. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün […]
11/01/2018
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan olunur. Müsabiqəyə təqdim edilən proqramlar hazırlanarkən aşağıdakı elmi istiqamətlər üzrə dünyada elmin, texnologiyaların inkişaf meylləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun […]
11/01/2018
12 yanvar 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının göz müayinəsi təşkil olunacaq. Müayinə saat 10:00-da AMEA-nın əsas binasının qarşısında keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
11/01/2018
Seyid Əli İmadəddin Nəsimi 1369-1417) Şamaxı şəhərində dünyaya göz açmışdı. Atası Seyid Məhəmməd zəmanəsinin tanınmış adamlarından biri idi. Nəsimi doğma ana dili ilə yanaşı, fars və ərəb dillərini də yaxşı mənimsəmişdi. O, dövrünün hikmət, məntiq, əruz, qafiyə, tarix, ücum, fiqh, təbiətşünaslıq kimi elm sahələrini yaxşı bilirdi. Çox gənc yaşlarından Yaxın və Orta Şərqin elm və […]
10/01/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə olunub: 1. Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunması haqqında; 2. f-r.e.n. Azər Bayram oğlu Mustafayevin elmlər doktoru hazırlığı üzrə dissertantura vaxtının bitməsi; 3. Çin Xalq Respublikasının Pekin Universiteti ilə əlaqələrin qurulması; 4. Cari məsələ . © Bütün […]