Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İnduksiya

İnduksiya fikirləşmə (əqli nəticə çıxarmağın) formalarından biridir. Bu fikirləşmə formasında müəyyən bir təklifin xüsusi hallarının doğru olmasından, həmin təklifin, ümumiyyətlə, doğru olması qənaətinə gəlirlər. İnduksiya çox vaxt digər fikirləşmə forması – deduksiya ilə birgə istifadə olunur. Riyaziyyatda induksiya dedikdə onun  dörd növü – tam olmayan induksiya, tam induksiya, riyazi induksiya, transfinit induksiya nəzərdə tutulur. Ətraflı>> […]

“Universitetlərin çox meyarlı ranqlaşdırılmasının qeyri-səlis metodologiyası” adlı kitab çap olunub

Bu günlərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, texnika elmləri doktoru, professor Ramin Rzayev və BDU-nun dosenti Zeynal Camalovun Almaniyanın Palmarium Academic Publishing nəşriyyatında “Universitetlərin çox meyarlı ranqlaşdırılmasının qeyri-səlis metodologiyası” adlı kitabı çap olunmuşdur. Kitab 6 fəsil və 164 səhifədən ibarətdir. Kitabda qeyri-müəyyənlik şəraitində alternativlərin çox meyarlı seçiminin qeyri-səlis üsulları […]

Diofant tənlikləri

Diofant tənlikləri – iki və daha artıq məchulu olan tam əmsallı cəbri tənlik və ya onların sistemi. Diofant tənlikləri tam və ya rasional həlləri axtarılır. Diofant tənlikləri sistemində tənliklərin sayı məchulların sayından az olur. Diofant tənlikləri həlləri sayı, bir qayda olaraq çox olur. Buna görə onları qeyri-müəyyən tənliklər adlandırırlar. Məsələn tənlikləri 3x+5y=7, x² +y² =z², […]

Diofant Iskəndəriyyəli

Diofant Iskəndəriyyəli təqribən III əsrdə yaşamış qədim yunan riyaziyyatçısıdır. Onun “Hesab” traktatının 13 kitabından 6-sı bizə gəlib çatmışdır.O həmin əsərdə qeyri-müəyyən tənliyə (4-cü dərəcəyə kimi) gətirilən məsələləri həll edir. Diofant məchulu, onun dərəcəsini, bərabərliyi və çıxmanı işarə etmək üçün həmin sözlərin ixtisarla yazılışından istifadə etmişdir. Diofant əsərləri P. Ferma, L.Eyler, K. Hauss və başqalarının tədqiqatları […]

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Rusiyanın “Poisk” qəzetinə müsahibə verib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinaya müsahibə verib. Alim ictimai-təşkilatı və elmi fəaliyyəti barədə maraqlı məlumatlar verib… www.poisknews.ru   © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

08.09.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcək. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Orliç fəzasında kəsr maksimal operator və onun kommutatoru” mövzusunda məruzə edəcək. Məruzədə Orliç fəzasında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaq. © Bütün hüquqlar […]

Faydalı linklər