Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Təkliflər hesabı

Təkliflər hesabı riyazi məntiqin təkliflər üzərində əməlləri öyrənən bölməsidir. Təkliflər üzərində əsas əməllər bunlardır: konyuksiya, dizyunksiya, implikasiya, inkar və s. Sadə təkliflər üzərində bu əməllərin köməyi ilə mürəkkəb təkliflər qurulur. Təkliflər hesabıda mürəkkəb təkliflərin doğruluğuna sadə təkliflərin doğruluğunun funksiyası kimi baxılır. O cümlədən, nəticə çıxarmaq qaydası, yəni doğru təklifdən düzgün qərar qəbul etmək qaydalarına baxılır. […]

“Təhsil” şöbəsinin yarımillik fəaliyyəti

Riyaziyyat və Mexanika İnstitutunun “Təhsil” şöbəsi doktorantura, dissertantura və magistratura təhsilinin təşkili ilə məşğul olur. Riyaziyyat və Mexanika İnstitutunundoktoranturasında – 13 nəfər: 7 əyani və 5 qiyabi doktorant təhsil alır. Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMİ-nin əyani doktoranturasına 3 nəfər qəbul olunmuşdur: 1202.01- Аnaliz və funksional analiz ixtisası üzrə: 1) Qəhrəmanlı Bənövşə Tamis qızı- […]

“Dalğa dinamikası” şöbəsinin  yarımillik fəaliyyəti

“Dalğa dinamikası”  şöbəsində “Bütöv mühitlə təmasda olan prizmatik cisimlərin və örtüklərin dinamikası” mövzusunda elmi iş üzrə tədqiqatlar aparılır. Hesabat dövründə İnstitutun ümumi seminarında şöbənin əməkdaşları tərəfindən 1 elmi məruzə edilib. Şöbənin əməkdaşları Ə.İ.Seyfullayev, Məmmədova G.A., F.Ə.Seyfullayev 04-05 may 2017-ci ildə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin […]

Həndəsə

Həndəsə Riyaziyyatın cisimlərin formasını və fəza münasibətlərini öyrənən çox qədim hissəsidir. Həndəsə predmeti və üsulları, onun çoxəsrlik inkişafı nəticəsində çox böyük dəyişikliyə uğramışdır. B.e.ə. V əsrdən Həndəsə inkişafının yeni mərhələsi başlanır. Qədim yunan riyaziyyatçıları tərəfindən Həndəsə aksiomatik qurulması təşəbbüsləri olur. Evklidin “ Başlanğıclar” əsəri (b.e.ə. III əsr) bu istiqamətdə atılmış böyük addım hesab edilməlidir.. Həndəsə […]

“Qeyri-harmonik analiz” şöbəsinin yarımillik fəaliyyəti

Hesabat dövrü ərzində “Qeyri-harmonik analiz ” şöbəsində “Freym nəzəriyyəsi və onun tətbiqləri” və “Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələri” mövzuları üzrə elmi tədqiqat işləri aparılmış və 15 iş yerinə yetirilmişdir. Şöbənin həftənin 3-cü günləri ( 12:00 ) və 4-cü günləri (11:00) müntəzəm elmi seminarları keçirilir. Şöbə əməkdaşlarının əksəriyyəti ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuldurlar. […]

Eratosfen şəbəkəsi (xəlbiri)

Eratosfen şəbəkəsi (xəlbiri) – bütün natural ədədlərdən sadə ədədləri ayırmağın çox qədim üsullarından biridir. Bu üsul  qədim yunan alimi Eratosfenə məxsusdur (b.e.ə. III əsr). Eratosfen şəbəkəsi ilə n-ə qədər sadə ədədləri ayırmaq üçün 2-dən n-ə qədər, natural ədədləri yazırlar. Əvvəlcə 2-yə bölünən bütün ədədlərin üstündən, növbəti addımda qalan ədədlər arasında 3-ə bölünən ədədlərin, sonra 5-ə bölünən […]

Faydalı linklər