Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elastiklik və plastiklik nəzəriyyəsi ” şöbəsinin yarımillik fəaliyyəti

Şöbədə ” Qeyri bircins və anizatrop konstruksiya elementlərinin əyilməsi, dayanıqlığı və rəqsi hərəkətləri” mövzusu üzrə 6 elmi iş aparılır. İş A: Dartılmaya sıxılmaya müxtəlif müqavimət göstərən tirin əyilmədə dayanıqlığı (V.C. Hacıyev). Tirin mexaniki xassəsi təkrar elastikliyə malik plastik materaildır və en kəsiyi iki simmetriya oxuna malikdir. Ümumi halda məsələnin həlli əyinti və dönmə bucağına nəzərən […]

Leybnis Hotfrid Vilhelm

Leybnis Hotfrid Vilhelm (1646-1716) Alman filosofu, riyaziyyatçısı, fiziki, hüquqşünası, tarixçisi və dilçisidir. 1700-cü ildə özünün təşəbbüsü ilə yaradılmış Berlin Elm Cəmiyyətinin (sonralar EA) ilk prezidenti olmuşdur. Riyaziyyatda Leybnis Nyutondan asılı olmayaraq diferensial və inteqral hesabını yaratmış, diferensial və inteqral hesabından sistematik oçerklər nəşr etdirmişdir (1684-1686). Burada diferensiala və inteqrala tərif vermiş, onları uyğun olaraq və […]

“Funksional analiz” şöbəsinin yarımillik  fəaliyyəti

“ Funksional analiz ” şöbəsində plana əsasən təsdiq olunmuş “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” və “Diferensial operatorların spektral analizi” mövzuları üzrə 18 iş aparılır. İmmiqrasiyalı şaxələnən stoxastik proseslərin tədqiqi üzrə işlər davam etdirilmiş və bu proseslər üçün limit teoremləri alınmışdır. Bundan başqa elliptik, cırlaşmayan tənliklərin həllərinin qiymətləndirilməsi stoxastik diferensial tənliklərin tətbiqi ilə aparılmışdır. Müəyyən […]

Birləşmələr (kombinatorika)

Birləşmələr (kombinatorika) – Riyaziyyatın, sonlu çoxluqların elementlərinin müxtəlif birləşmələrindən (bax: permutasiyalar, aranjemanlar, kombinezonlar) bəhs edən sahəsidir. Birləşmələrə aid məsələlərə ilk dəfə XVI-XVIII əsrlərdə , ehtimal nəzəriyyəsinin yaranması ilə əlaqədar, baxılmışdır. Burada eyniehtimallı elementar hadisələrə əsasən verilmiş hadisənin başvermə ehtimalının hesablanması birləşmələr nəzəriyyəsinin məsələlərinə gətirilir. Birləşmələr nəzəriyyəsi, həm də çoxhədlilər cəbrinə tətbiq olunur. (bax: Nyuton binomu, Paskal […]

Fields Medal-ını qazanan ilk qadın riyaziyyatçı – Məryəm Mirzəxani vəfat edib

Üç il əvvəl riyaziyyat üzrə nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib. Onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi. İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb. O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci […]

“Diferensial tənliklər” şöbəsinin 2017-ci il üçün yarımillik  fəaliyyəti

“Diferensial tənliklər ” şöbəsində 2017-ci ildə 1 mövzu üzrə 10 elmi iş yerinə yetirilir. 2017-ci ilin birinci yarımilində şöbədə ümumilikdə 30 məqalə çapa göndərilib və çap olunub, 8 tezis çap edilib. Hesabat dövründə şöbənin əməkdaşları prof. Aqil Xanməmmədov və dos. Nigar Aslanova Ümuminstitut seminarında məruzə ilə çıxış ediblər. Həftənin üçüncü günləri saat 12.00 şöbədə Ə.B.Əliyevin […]

Faydalı linklər