Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“ Funksional analiz” şöbəsinin yarımillik fəaliyyəti

2017-cı ildə şöbədə plana əsasən təsdiq olunmuş “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” və “Diferensial operatorların spektral analizi” mövzuları üzrə 18 iş aparılır. Şöbənin əməkdaşları professorlar S.S.Mirzəyev, İ.M.Nəbiyev müdafiə şurasının və H.İ.Aslanov, H.M.Hüseynov, V.M.Qurbanov, S.Ə.Əliyev Ali Attestasiya Komissiyasının riyaziyyat üzrə Ekspert şurasının üzvləridirlər. Şöbə əməkdaşlarının bir çoxu müxtəlif jurnalların redaksiya heyətinin üzvüdür. […]

Səthin düzxətli doğuranı

Səthin düzxətli doğuranı hərəkəti nəticəsində verilmiş səthi əmələ gətirən düz xəttdir. Bu cür səthi xətli səth adlandırırlar. Məsələn, birörtüklü hiperboloiddə və hiperbolik paraboloiddə səthin iki ailədüzxətli doğuranı yerləşir və səthin hər bir nöqtəsindən iki düzxətli doğuranı keçir. Bu doğuranların hər biri bir ailəyə aiddir. Konusda, silindrdə, müstəvidə də düzxətli doğuranı var. Səthin düzxətli doğuranı tamamilə […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının 43-cü cildi

2017-ci ilin birinci yarısında AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının 43-cü cildinin 1-ci nömrəsi çapdan çıxmışdır. Bu nömrədə Azərbaycan, Türkiyə, Gürcüstan və Çindən olan olan müəlliflərin 10 məqaləsi dərc edilmişdir. Daha ətraflı >> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Dissertasiya Şurasının iclası keçiriləcək

07 iyul 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Rəna Eldar qızı Kərbəlayevanın “Çox dəstə dəyişənli parametrli, funksional fəzalar üçün daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və Natiq Səməndər oğlu Rzayevin “Dartılma-sıxılmaya müxtəlif müqavimət […]

AMEA-nın professoru üzrə seçkilərin nəticələri bəlli oldu

AMEA Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixli iclasında AMEA-nın professoru üzrə seçkilər keçirilib. Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d Vüqar İsmayılıov və “Riyazi analiz” şöbəsinin baş elmi işçisi , r.e.d Rövşən Bəndəliyev AMEA-nın professoru seçiliblər. Hər iki alimi Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından təbrik edir, can sağlığı və elmi fəaliyyətlərində […]

Riman həndəsəsi

Riman həndəsəsi (elliptik həndəsə) üçölçülü Evklid fəzasında sferanın ikiölçülü həndəsəsi (burada sferanın diametral əks nöqtələri eyni hesab olunur). Bu cür səth proyektiv müstəvi ilə topoloji ekvivalentdir. n-ölçülü Riman həndəsəsi (n+1)-ölçülü fəzanın sferasında modelləşdirilir. (Bu halda da sferanın diametral əks nöqtələri eyni hesab olunur). Riman həndəsəsi düz xətləri sferanın böyük çevrələri hesab olunur (göstərilən eyniləşdirmə ilə). […]

Faydalı linklər