Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrların nəzərinə!

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur: – şəxsiyyət vəsiqəsinin əsli və surəti; – bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); – 4 ədəd fotoşəkil (3×4 sm). Magistraturaya qəbul […]

E L A N

07 iyul 2017-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Rəna Eldar qızı Kərbəlayevanın “Çox dəstə dəyişənli parametrli, funksional fəzalar üçün daxilolma teoremləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün […]

“Riyazi analiz” şöbəsinin “Orliç-Morri fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorları” adlı seminarı keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç-Morri fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorları” mövzusunda məruzə edib. Məruzədə Orliç-Morri fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Üç perpendikulyar teoremi

Üç perpendikulyar teoremi –  Evklid həndəsəsində belə bir teorem: “Müstəvi üzərində olan düz xətt mailin bu müstəvi üzərindəki proyeksiyasına perpendikulyardırsa, bu mailin özünə də perpendikulyardır. Tərsinə, müstəvi üzərindəki düz xətt mailə perpendikulyardırsa, mailin bu müstəvi üzərindəki proyeksiyasına da perpendikulyardır”. Üç perpendikulyar teoreminin isbatı N.Tusinin “Tam dördbucaqlı haqqında traktat” əsərində verilmişdir. Ondan əvvəlki kitabların heç birində […]

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov konfransa dəvət olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 27-29 Sentyabr 2017-ci il tarixində Çinin Dalian şəhərində keçiriləcək “Ümumdünya Təhsil Günü-2017” konfransına dəvət olunub. Ümumdünya Təhsil Günü, təhsil işçiləri, tədqiqatçılar, Çin dili və mədəniyyətini sevənlərin, xeyriyyəçilər, siyasətçilər və digərlərinin toplanış günüdür. Ümumdünya Təhsil Günü (ÜTG), dünyanın müxtəlif ölkələrində təhsil və pedaqoji inkişaf mədəniyyəti […]

Təkliflər hesabı

Təkliflər hesabı – riyazi məntiqin təkliflər üzərində əməlləri öyrənən bölməsidir. Təkliflər üzərində əsas əməllər bunlardır: konyuksiya, dizyunksiya, implikasiya, inkar və s. Sadə təkliflər üzərində bu əməllərin köməyi ilə mürəkkəb təkliflər qurulur. Təkliflər hesabında mürəkkəb təkliflərin doğruluğuna sadə təkliflərin doğruluğunun funksiyası kimi baxılır. O cümlədən, nəticə çıxarmaq qaydası, yəni doğru təklifdən düzgün qərar qəbul etmək qaydalarına […]

Faydalı linklər