AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 525-ci qəzetdə “Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış” mövzusunda silsilə məqalələri çap olunur. Professor Misir Mərdanov: “Hörmətli oxucular, məlumat üçün bildirirəm ki, bu gün müxtəlif səbəblərdən 100-dən çox riyaziyyatçı alim dünyanın müxtəlif ölkələrində – ABŞ, Kanada, Meksika, […]
Fermanın kiçik teoremi – natural ədədlərin bölünməsi nəzəriyəsində ən fundamental faktlardan biridir. Teoremin ifadəsi belədir: Əgər p sadə ədəddirsə, a ədədi p-yə bölünməyən natural ədəd olarsa, onda ap-1 ədədi p-yə bölünəndə qalıqda 1 qalır. Teoremi başqa cür belə ifadə etmək olar: “Əgər p sadə ədəd, a ixtiyari natural ədəddirsə, (ap-a) ədədi p-yə bölünür.” Ferma bu […]
28.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə ikidəyişənli Bernşteyn-Xladovski polinomları üçün Voronovskaya tipli teoremlər haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar […]
Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 19 aprel tarixli 6/5 nömrəli qərarına əsasən “AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə elan edilir. “AMEA-nın professoru” elmi adı AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji […]
Bu gün “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.