21/06/2017
Deduksiya – fikir yürütməyin formalarından biridir. Fikir yürütməyin deduktiv formasında təklif başqa təkliflərdən tam məntiqi (məntiqin qanunları ilə) alınır. Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: “Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur.” Hal-hazırda deduksiya deyəndə bu və ya digər aksiomlar sisteminə əsaslanan ciddi riyazi mühakimə başa düşülür. Buna görə, deduksiya […]
21 iyun 2017-ci il tarixində saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz”, “Funksional analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə seminarında f-r.e.n., dos. Fatimə Ağayar qızı Quliyevanın “Freymlər və müxtəlif xətti strukturlarda sistemlərin aproksimativ xassələri ” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. […]
20/06/2017
Həndəsi qurmalar nəzəriyyəsi – həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s. ) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli […]
21.06.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında AMEA Riyaziyyat və Mexanika İnstitutunun“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Rövşən Bəndəliyevin və AMEA İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin ehtimal üsulları” laboratoriyasının müdiri, f.-r.e.d., prof. Tamilla Nəsirovanın “Gecikdirilən ekranlı bir semi-markov dolaşma prosesinin kəsr tərtibli və sabit əmsallı adi diferensial tənliklə təsviri” mövzusunda birgə məruzələri olacaqdır. Məruzə sıfır […]
Bu gün “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, f.-r.e.n. Rəşid Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının sərhəd xassələri haqqında” mövzusunda məruzə edib. Məruzədə Lebeq inteqralının ümumiləşməsi olan inteqral anlayışlarından istifadə edilərək həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadəsi verilib və ümumiləşmiş inteqral […]
19/06/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 birdəfəlik dissertasiya şurasının iclasında Rövşən Telman oğlu Əliyevin “Diskret müdaxiləli semi-markov proseslərinin asimptotik metodlarla tədqiqi” mövzusunda 1208.01-Ehtimal nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 26 […]