Bu gün Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin proffessoru Asəf İsgəndərov “Termoelastik konstruksiyaların diaqnostika modelləri” mövzusunda məruzə edib. Mərüzədə konstruksiyaların diaqnostika modelləri şərh olunaraq, termoelastik konstruksiyalar üçün məsələ ətraflı baxılıb. Alınmış riyazi məsələnin həlli üçün varlıq və yeganəlik teoremi isbat edilir. Ədədi həll üçün iterasiyalarla requlyarlaşdırma üsulu istifadə edilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Zeitschrift für Analysis und ihre Anwendungen. Journal of Analysis and its Applications” jurnalında 2017-ci ildə cild 36, № 1 və 2-də 18 və 20 səhifəlik “Generalized Morrey spaces” və “Generalized Hardy Morrey spaces” adlı iki məqaləsi çap olunub. © […]
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulması üsullarından biridir. Aksiomatik üsul dünyanı dərk etməyin çox mühüm vasitələrindən biridir. Müasir riyaziyyatın bir çox sahələri, nəzəri mexanika, fizikanın bəzi sahələri aksiomatik üsulla qurulmuşdur. Bu üsulda verilmiş elm sahəsinin bəzi obyektləri tərifsiz qəbul olunur və onların xassələri aksiomlarda ifadə olunur. Sonrakı anlayışlar təriflərin köməyi ilə daxil edilir. Bu təriflərdə […]
21.04.2017-cı il saat 12:00-da «Cəbr və riyazi məntiq» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi f.-r.e.n Aydın Şahbazov “Normalı cəbrlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə cəbri əməllərlə norma arasındakı əlaqə haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
19.04.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçirilicək. Seminarda şöbənin böyük elmi işçisi , f.-r.e.n. Valid Fətəli oğlu Salmanov “Çəkili Morri-Sobolev fəzasında triqonometrik sistemlərin bazisliyi” mövzusunda məruzə edəcəkdir. Məruzədə triqonometrik sistemlərinin çəkili Morri-Sobolev fəzalarında bazisliyi araşdırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi aprelin 20-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirəcək. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri ” şöbəsinin aparıcı […]