Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib

“Funksional analiz” və “Diferensial tənliklər” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda dissertant Səbinə Tapdıq qızı Ələsgərovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Sferik həndəsə

Sferik həndəsə – həndəsənin sfera üzərində yerləşən fiqurların xassələrini öyrənən bölməsidir. Sferik həndəsə müəyyən dərəcədə planimetriyaya, yəni həndəsənin müstəvi üzərində yerləşən fiqurların xassələrini öyrənən bölməsinə bənzəyir. Sferanın böyük çevrələri müstəvi üzərində düz xətlərin oynadığı rolu oynayır. Sferanın eyni diametrinin ucları olmayan ixtiyari iki nöqtəsindən bir böyük çevrə keçir. Bu fakt planimetriyada iki müxtəlif nöqtədən yalnız […]

“Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda məruzə edib. Məruzədə özlüelastikiyyət nəzəriyyəsinin daxilində topa qüvvə təsir edən sonsuz müstəvi haqqında qoyulmuş kvazistatik sərhəd məsələsinin dəqiq həllini təyin edən teorem isbat olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib

5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində AMEA-da hazırlanmış Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib. Seminarda Avropa ölkələrinin aparıcı ekspertləri Azərbaycanda “Təhsil – Elm – Start up İnnovasiya modeli”nin qurulması, gənclərin innovativ elmi ideyalarının biznes layihələrinə çevrilməsi, həmçinin bu modelin inkişafı […]

E L A N

07.06.2017-ci il tarixində saat 12.00-da “Funksional analiz” və “Diferensial tənliklər” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Səbinə Tapdıq qızı Ələsgərovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. © Bütün hüquqlar qorunur. […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin “C(X) fəzasının altcəbrləri üçün dövrlər, yarımdövrlər və bu anlayışların doğurduğu funksionallar” mövzusunda seminarı keçirilib

Bu gün “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin müdiri r.e.d. Vüqar İsmayılov “C(X) fəzasının altcəbrləri üçün dövrlər, yarımdövrlər və bu anlayışların doğurduğu funksionallar” mövzusunda məruzə edib. Məruzədə cəbrlər cəmi üçün “dövr” və “yarımdövr” anlayışları daxil edilmiş və bu anlayışların doğurduğu funksionalların cəbrlər cəmi ilə göstəriliş məsələsində əhəmiyyətli rolundan danışılıb. © Bütün hüquqlar qorunur. […]

Faydalı linklər