Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda məruzə edib. Məruzədə hamar olmayan əmsallı dominant qarışıq törəməli bəzi tənliklər üçün klassik və klassik olmayan Dirixle məsələlərinin ekvivalentliyi isbat olunub, məsələnin korrekt həll […]

Rusiyalı riyaziyyatçı Кley institutunun mükafatını alıb

Aprel ayında, “Minilliyin məsələləri” siyahısı ilə tanınan Kley Riyaziyyat İnstitutunun laureatları məlum oldu. Cəmi üç mükafat verilib. Birinci mükafata – spektral həndəsədə işlərinə görə Aleksandr Logunov (S-PDU) və Yevgeniya Malinnikova layiq görülüblər. İkinci mükafat –Gauss həndəsəsində gördüyü işlərə və təsadüfi iki ölçülü struktur nəzəriyyəsində açıq məsələlərin həllinə görə Ceyson Miller və Skott Şeffildə verilib. Üçüncü […]

Azərbaycanlı alim “İsaak Nyuton” medalı ilə təltif olunub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., professor Qabil Qəribxan oğlu Əliyev Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “İsaak Nyuton” qızıl medalı ilə təltif olunub. Professor Qabil Əliyev “İsaak Nyuton” qızıl medalı alan ilk Azərbaycan alimidir. Onu da qeyd edək ki, 2016-cı ildə Rusiya Federasiyası, Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə f.-r.e.d., professor […]

E L A N

28.09.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İkinci tərtib subdiferensial” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəllif tərəfindən verilən ikinci tərtib subdiferensialın bəzi xassələri öyrəniləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Ağıllı” geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq edilə bilər. www.hvylya.net saytı xəbər verir ki, alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb. Panellərin effektivliyi 7,9% təşkil edir. Bu göstərici […]

E L A N

29 sentyabr 2017-ci il tarixində saat 16:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Aytəkin Ehtiram qızı Abdullayevanın “Funksiyaların Bernşteyn-Xlodovski polinomları ilə yaxınlaşması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi […]

Faydalı linklər