20.09.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında Texnika və Neftemalı texnologiyası Elmi Tədqiqat Institunun dosenti Məleykə Məmmədova “Nyuton və qeyri-Nyuton mayelərin mikron ölçülü çatlı kanallarda hərəkətinin eksperimental öyrənilməsi və nəticələrin nəzəri emalı” mövzusunda məruzə edəcəkdir. Məruzədə Nyuton və qeyri-Nyuton mayelərin mikron ölçülü çatlı kanallarda hərəkətinin eksperimental öyrənilməsi və nəticələrin nəzəri emalı əsasında mikron ölçülü çatlarda maye […]
18/09/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutuna 2017/2018-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249283 Riyazi analizi” ixtisas üzrə 5, “249291 Diferensial tənliklər” ixtisası üzrə 1, “249315 Optimallaşdırma və optimal idarəetmə” ixtisası üzrə 1, “249323 Riyazi fizika tənlikləri” ixtisası üzrə isə 1 yer ayrılmışdır. Bakı Dövlət Universitetinin bakalavrı Qədirova Xəyalə Məmmədağa qızı 127, Bakı Mühəndislik Universitetinin bakalavrı Quluyev […]
18/09/2017
Kontinuum [0,1] parçasının ədədlərindən ibarət çoxluğunun L gücünün adıdır. N natural ədədlər çoxluğu L çoxluğunun müəyyən altçoxluğuna qarşılıqlı birqiymətli inikas etdirilə bilər. Amma natural ədədlər çoxluğu L çoxluğunun özünə qarşılıqlı birqiymətli inikas etdirilə bilməz. Beləliklə, L çoxluğu natural ədədlər çoxluğundan güclüdür. Kontinuum gücə həm də n ölçülü fəzanın düz xətlərinin nöqtələri çoxluğu malikdir. [0,1] parçasında […]
15/09/2017
Kardinal ədəd çoxluqlar nəzəriyyəsinin mühüm anlayışıdır. Kardinal ədəd çoxluğu onun elementləri ehtiyatı baxımından xarakterizə edir. Kardinal ədəd çoxluğun elementləri sayı anlayışının sonsuz çoxluqlar üçün ümumiləşməsidir. Bu cür ümumiləşdirmənin maraqlı cəhəti odur ki, eyni bir sonsuz çoxluğu tamamilə müxtəlif cür nizamlamaq olar və bununla əlaqədar kardinal ədəd transfinit, yəni nizamı müəyyən edən ədəddən kəskin fərqlənir. Sonlu çoxluqlar […]
14/09/2017
Son illər təhsil sahəsində intensiv islahatlar aparılır, dövrün tələbinə uyğun milli dərsliklər, dərs vəsaitləri tərtib edilir. Bu kontekstdə elm və tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq göstərməsi, akademik institutların tədris və təlimdə bu və ya digər dərəcədə iştirakı zəruridir. 2017-ci ilin fevral ayından başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Gənc Riyaziyyatçılar Məktəbi” fəaliyyətə başlamışdır. […]
14/09/2017
15.09.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında harmonik analizin elementləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Heyzenberq qruplarında harmonik analizin elementləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.