Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq konfransa plenar məruzə ilə çıxış edib

AMEA Riyaziyyat və Mexanika İnstitutun “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştrak edib. Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mardanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 […]

E L A N

04.05.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Dirixle məsələsinin iki müxtəlif qoyuluşu” mövzusunda məruzə edəcəkdir. Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılır. Bu məsələnin klassik Dirixle məsələsinə ekvivalentliyi isbat olunur. © Bütün hüquqlar […]

“Publicationes Mathematicae Debrecen” jurnalında çap olunan məqalə

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Publicationes Mathematicae Debrecen” (Impact Factor 0.438) jurnalında 2017-ci ildə cild 90, № 1-2-də 23 səhifəlik “Vanishing generaized Orlicz-Morrey spaces and fractional maximal operator” adlı məqaləsi çap olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin “Akustik sərhəd şərtləri” mövzusunda seminarı keçirilib

01 may 2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçirilib. Seminarda dos. Sevda İsayeva “Akustik sərhəd şərtləri” adlı mövzu ilə çıxış edib. Çıxışda hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər haqqında alınmış nəticələr müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

03.05.2017-ci il tarixində saat 14.00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda dosent İradə Hətəm qızı Mirzəzadə “Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual informasiya sisteminin işlənməsi (dəm qazı timsalında)” mövzusunda çıxış edəcəkdir. Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. […]

E L A N

03.05.2017-ci il saat 15:00-da Ümuminstitut seminarında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının proffessoru Mirzəyev Q.A. “Ümumiləşmiş Yakobi matrisləri polinomial əmsallı adi diferensial operatorların matris göstərilişi kimi” mövzusunda məruzə edəcəkdir. Məruzə L2(-∞;+∞) fəzasında polinomial əmsallı xətti diferensial ifadələrin doğurduğu minimal diferensial operatorların matris göstərilişinə həsr olunmuşdur. İrrequlyar diferensial ifadələr halı, yəni bu […]

Faydalı linklər