17/07/2017
“ Funksional analiz ” şöbəsində plana əsasən təsdiq olunmuş “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” və “Diferensial operatorların spektral analizi” mövzuları üzrə 18 iş aparılır. İmmiqrasiyalı şaxələnən stoxastik proseslərin tədqiqi üzrə işlər davam etdirilmiş və bu proseslər üçün limit teoremləri alınmışdır. Bundan başqa elliptik, cırlaşmayan tənliklərin həllərinin qiymətləndirilməsi stoxastik diferensial tənliklərin tətbiqi ilə aparılmışdır. Müəyyən […]
17/07/2017
Birləşmələr (kombinatorika) – Riyaziyyatın, sonlu çoxluqların elementlərinin müxtəlif birləşmələrindən (bax: permutasiyalar, aranjemanlar, kombinezonlar) bəhs edən sahəsidir. Birləşmələrə aid məsələlərə ilk dəfə XVI-XVIII əsrlərdə , ehtimal nəzəriyyəsinin yaranması ilə əlaqədar, baxılmışdır. Burada eyniehtimallı elementar hadisələrə əsasən verilmiş hadisənin başvermə ehtimalının hesablanması birləşmələr nəzəriyyəsinin məsələlərinə gətirilir. Birləşmələr nəzəriyyəsi, həm də çoxhədlilər cəbrinə tətbiq olunur. (bax: Nyuton binomu, Paskal […]
16/07/2017
Üç il əvvəl riyaziyyat üzrə nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib. Onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi. İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb. O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci […]
14/07/2017
“Diferensial tənliklər ” şöbəsində 2017-ci ildə 1 mövzu üzrə 10 elmi iş yerinə yetirilir. 2017-ci ilin birinci yarımilində şöbədə ümumilikdə 30 məqalə çapa göndərilib və çap olunub, 8 tezis çap edilib. Hesabat dövründə şöbənin əməkdaşları prof. Aqil Xanməmmədov və dos. Nigar Aslanova Ümuminstitut seminarında məruzə ilə çıxış ediblər. Həftənin üçüncü günləri saat 12.00 şöbədə Ə.B.Əliyevin […]
13/07/2017
İyulun 10-da Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda dünyanın 15 ölkəsindən – Azərbaycan, Rusiya, Yaponiya, Polşa, Hindistan, Tunis, İtaliya, […]
13/07/2017
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA Rəyasət Heyəti və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı keçirilib. 11-12 iyul 2017-ci il tarixlərdə keçirilən sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib. Sonda “Web of Science” məlumat platforması üzrə sertifikasiya […]