28.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə ikidəyişənli Bernşteyn-Xladovski polinomları üçün Voronovskaya tipli teoremlər haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar […]
26/04/2017
Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 19 aprel tarixli 6/5 nömrəli qərarına əsasən “AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqə elan edilir. “AMEA-nın professoru” elmi adı AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji […]
Bu gün “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
26/04/2017
Fermanın böyük teoremi-Fransız riyaziyyatçısı P.Ferma tərəfindən irəli sürülən belə bir təklif “xn+yn=zn” (n, 2-dən böyük tam ədəddir) tənliyinin müsbət tam ədədlər çoxluğunda həlli yoxdur. Bu təklifi Pyer Ferma Diofantın “Hesab” kitabının səhifəsinin boş sahələrində yazmışdır. Təklifdən sonra P.Ferma yazır ki, bu təklifin çox heyrətamiz isbatı onun ağlına gəlib, səhifədə yer olmadığı üçün o bu isbatı […]
25/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi aprelin 27-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle prinsipinin tətbiqləri: Çin qalıq teoremi; Ramsey ədədi ” mövzusunda mühazirə keçirəcək. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika […]