21.06.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında AMEA Riyaziyyat və Mexanika İnstitutunun“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Rövşən Bəndəliyevin və AMEA İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin ehtimal üsulları” laboratoriyasının müdiri, f.-r.e.d., prof. Tamilla Nəsirovanın “Gecikdirilən ekranlı bir semi-markov dolaşma prosesinin kəsr tərtibli və sabit əmsallı adi diferensial tənliklə təsviri” mövzusunda birgə məruzələri olacaqdır. Məruzə sıfır […]
Bu gün “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, f.-r.e.n. Rəşid Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının sərhəd xassələri haqqında” mövzusunda məruzə edib. Məruzədə Lebeq inteqralının ümumiləşməsi olan inteqral anlayışlarından istifadə edilərək həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadəsi verilib və ümumiləşmiş inteqral […]
19/06/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 birdəfəlik dissertasiya şurasının iclasında Rövşən Telman oğlu Əliyevin “Diskret müdaxiləli semi-markov proseslərinin asimptotik metodlarla tədqiqi” mövzusunda 1208.01-Ehtimal nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 26 […]
19/06/2017
Qurma məsələləri, Yaxud həndəsi qurmalar – Müxtəlif alətlərin (birtərəfli riyazi xətkeş, ikitərəfli xətkeş, pərgar, düz bucaq modeli və s. alətlər) köməyi ilə müxtəlif şərtləri ödəyən həndəsi fiqurların qurulmasıdır. Həndəsənin həndəsi qurmaların üsullarını öyrənən bölməsinə konstruktiv həndəsə deyilir. Qurma məsələləri həm Evklid həndəsəsində, həm də başqa həndəsələrdə (Sferik həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Bu məsələlərə […]
16/06/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar məktəbi Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminar keçirib. Seminarı Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Əlizadə Səhər aparıb.Keçirilən seminara AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında” mövzusunda məruzə edib. Məruzədə yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında və prosesin riyazi modelinin sabit əmsallı qeyri-bircins kəsr tərtibli diferensial tənliklə […]