Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarinin işlənməsi və tətbiqi” mövzusunda doktorluq disssertasiya işinin ilkin müzakirəsi keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.f.d Əşrəfova Yeganə Ramiz qızının “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarinin işlənməsi və tətbiqi” mövzusunda doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Məruzədə qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həlli tədqiq olunub. […]

E L A N

21.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Çəkili ikidəyişənli kəsilməzlik modulunun xassələri” mövzusunda məruzəsi olacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin ” G – metrikalı Hilbert fəzalarında xətti operatorlar” mövzusunda seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “G – metrikalı Hilbert fəzalarında xətti operatorlar” mövzusunda çıxış edib. Məruzədə hermit-bixətti (G -) metrikası ilə təchiz olunan Hilbert fəzalarında xətti operatorlar nəzəriyyəsinin əsas faktları şərh olunub. Xüsusi halda, praktikada daha çox rast gəlinən, sərhəd şərtlərinə spektral parametr daxil olan diferensial operatroların […]

”Riyazi fizika tənlikləri” şöbəsinin ”Heyzenberq və Karno qrupları” mövzusunda seminarı keçirilib

”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov və aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev ”Heyzenberq və Karno qrupları” mövzusunda məruzə ilə birgə çıxış etmişdilər. Məruzə zamanı ”Carnot-Caratheodory metrique” metrikasının tərifi verilmiş, əsas xassələri və Heyzenberq qrupu ilə əlaqənin olub, olmaması məsələsi müzakirə […]

“Termoelastik konstruksiyaların diaqnostika modelləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin proffessoru Asəf İsgəndərov “Termoelastik konstruksiyaların diaqnostika modelləri” mövzusunda məruzə edib. Mərüzədə konstruksiyaların diaqnostika modelləri şərh olunaraq, termoelastik konstruksiyalar üçün məsələ ətraflı baxılıb. Alınmış riyazi məsələnin həlli üçün varlıq və yeganəlik teoremi isbat edilir. Ədədi həll üçün iterasiyalarla requlyarlaşdırma üsulu istifadə edilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Zeitschrift für Analysis und ihre Anwendungen. Journal of Analysis and its Applications” jurnalında çap olunan məqalə

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Zeitschrift für Analysis und ihre Anwendungen. Journal of Analysis and its Applications” jurnalında 2017-ci ildə cild 36, № 1 və 2-də 18 və 20 səhifəlik “Generalized Morrey spaces” və “Generalized Hardy Morrey spaces” adlı iki məqaləsi çap olunub. © […]

Faydalı linklər