02.03.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov «LÖVHƏDƏ RƏQSLƏRİN NÖQTƏVİ SÖNDÜRÜCÜLƏRİNİN YERLƏŞDİRİLMƏSİNİN OPTİMALLAŞDIRILMASI VƏ İDARƏEDİLMƏSİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə ikiölçülü nazik lövhədə rəqslərin söndürülməsinin optimal idarəedilməsi məsələsi tədqiq olunmuşdur. Sakitləşmə lövhədə yerləşdirilmiş idarəedici nöqtəvi rəqs söndürücüləri hesabına yerinə yetirilir. Burada nöqtəvi sakitləşdiricilərin yerləşmələri […]
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. İlk seminar fevralın 22-si keçirildi. İkinci seminar martın 2-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə […]
01.03.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Rüstəmova Məhsəti Akif qızının “Aralarında maye olan konsentrik yerləşmiş iki silindrik örtüyün parametrlərin müxtəlif qiymətlərində sərbəst rəqslərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə aralarında maye olan iki konsentrik silindrik örtüklərin sərbəst rəqslərinin tezliklərinin təyin edilməsi üçün dəqiq analitik ifadə alınmış və boruların […]
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 25 il ötür. AMEA Riyaziyyat və Mexanika İnstitutun direktoru, professor Misir Mərdanov […]
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başladı. İlk seminarı fevralın 22-də institutun akt zalında keçirildi. Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açdı. Professor çıxışında bildirdi ki, orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların […]
Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli 2/3 nömrəli qərarına əsasən, 2017-ci il üçün AMEA-nın “Nəsirəddin Tusi”, “Həsən bəy Zərdabi”, “Akademik Üzeyir Hacıbəyli”, “Akademik Mirəsədulla Mirqasımov”, “Akademik Yusif Məmmədəliyev”, “Akademik Musa Əliyev” və “Abbasqulu ağa Bakıxanov” adına mükafatları üzrə müsabiqə elan […]