Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Diferensial hesabı

Diferensial hesabı – riyaziyyatın funksiyaların xassələrini törəmə və diferensiallar vasitəsilə öyrənən bölməsidir. Diferensial hesabı mahiyyəti ondan ibarətdir ki, funksiyanın lokal (ayrı-ayrı nöqtələrin ətrafındakı) xassələrini araşdırmaqla onun xassələrini bütövlükdə təsvir etsin. D.h. bəzi məsələlərinə hələ qədim yunan riyaziyyatçıları diqqət yetirmişlər. D.h. bir çox məsələləri öz həllini, həm də yüksək səviyyədə, fransız riyaziyyatçıları R.Dekartın, P.Fermanın və başqalarının […]

E L A N

Təhsil Nazirliyindən 04.04.2017-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutuna daxil olan rəsmi məktubda Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq ümumilikdə təhsil sisteminə və birbaşa tədris prosesinə olduqca müsbət təsiri qeyd olunub. Bu səbəbdən 10-cu sinif dərsliklərinin ilk dəfə olaraq kurikulum əsasında tərtib edilməsini nəzərə alaraq həmin dərsliklərin istifadədən öncə təkmilləşməsi üçün […]

AMEA-nın müxbir üzvü, professor Vaqif S.Quliyev fəxri fərmanla mükafatlandırılıb

Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 60 illiyi ilə əlaqədar AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunub. Professor Vagif Quliyevin elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüş, 250-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi məqalələrinin 150-dən çoxu Thomson […]

E L A N

14.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin “Spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda seminarı keçirilib

12.04.2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarı keçirildi. Seminarda şöbənin doktorantı Nargül Qurbanova “Spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” adlı məruzə ilə çıxış etdi. İşdə eyni bir spektral parametr tənliyin özündə və sərhəd şərtlərinin birində xətti şəkildə iştirak etdikdə, Hilbert fəzasında ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir […]

Azərbaycanlı alim Toronto və Fields Universitetinə mühazirə oxumaq üçün dəvət olunub

Beynəlxalq aləmdə tanınmış, əslən azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşən Toronto Universiteti və Fields Universitetinə dəvətli professor ( Deans Distinguished Professor) olaraq bir semestr ərzində 01.01.2018-30.06.2018 tarixində Riyaziyyat fakultəsində riyazi biologiya üzrə mühazirələr oxumaq üçün dəvət olunub. Bu universitetlər adətən mühazirə oxumaq üçün “Deans Distinguished Professor” […]

Faydalı linklər