Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib

Bu gün saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit metrikalı fəzalarda Ermit operatorları” mövzusunda çıxış edib. Məruzədə L.S. Pontryaqin tərəfindən daxil edilmiş indefinit metrika və indefinit metrikalı fəza anlayışları haqqında ümumi məlumat verilib; indefinit metrikalı fəzalarda Ermit operatorunun spektral xassələrinin tədqiqi şərh edilib. © Bütün hüquqlar qorunur. […]

Çoxluqlar nəzəriyyəsi

Çoxluqlar nəzəriyyəsi Riyaziyyatın çoxluqları öyrənən bölməsidir. Bu nəzəriyyədə çoxluğun elementlərinin təbiəti nəzərə alınmır. Çoxluqlar nəzəriyyəsi çoxluqları qarşılıqlı birqiymətli uyğunluq, nizamlama, çoxluqların inikası kimi münasibətlər baxımından öyrənir. Qarşılıqlı birqiymətli uyğunluq münasibəti təbii şəkildə çoxluğun gücü və kardinal ədədlər anlayışına gətirir; nizam münasibəti transfinit ədədlərə, sonra da transfinit indukasiyaya gətirir. Çoxluqlar nəzəriyyəsinin ən sadə əməlləri çoxluqların birləşməsi […]

”Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Yavuz oğlu Axundov ”Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər” mövzusunda məruzə edib. Məruzə yarımxətti parabolik və elliptik tip tənliklər üçün bəzi əmsallı tərs məsələlərin Tixonov mənada korrektliyinin tədqiqinə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

“Qeyri-harmonik analiz” şöbəsinin “Separabel olmayan Banax fəzalarda K-Bessel və K-Hilbert sistemləri” mövzusunda seminarı keçirilib

Bu gün saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi , f.-r.e.n. Miqdad Imdad oğlu Ismayılov “Separabel olmayan Banax fəzalarda K-Bessel və K-Hilbert sistemləri” mövzusunda məruzə edib. Məruzə separabel olmayan Banax fəzalarında K-Bessel və K-Hilbert sistemlərin öyrənilməsinə həsr olunub. Burada sıfrdan fərqli elementlər çoxluğu ən azı hesabı olan skalyarlar sistemlərin […]

Gənc Riyaziyyatçılar Məktəbi İTV kanalında Yeni Gün verlişində

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbinin təşkilat komitəsinin üzvi AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev İctimai kanalın Yeni Gün verlişində layihə haqqında geniş məlumat verib. © Bütün hüquqlar qorunur. […]

Professor Vaqif S. Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı konfrans keçiriləcək

10-13 iyul 2017-ci il tarixində Ahi Evran Universitetində (Kırşehir, Türkiyə) AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı konfrans keçiriləcək. Konfransda aşağıdakı bölmələr fəaliyyət göstərəcək (lakin məhdud deyil): •Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri; •Morri tipli fəzalarda integral operatorlar; •Morri tipli fəzalarda elliptik, parabolik […]

Faydalı linklər