Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

06.04.2017-cı il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda […]

Beşinci postulat

Beşinci postulat – Evklidin “Başlanğıclar” əsərində verilmiş həndəsə aksiomlarından sonuncusudur. Aksiomun ifadəsi belədir: “Fərz edək ki, iki düz xətt üçüncü düz xətti elə kəsir ki, bir tərəfdə alınan daxili birtərəfli bucaqların cəmi iki düz bucaqdan kiçikdir. Onda bu iki düz xətt həmin tərəfdə kəsişir”. Bu aksiomun ifadəsi, nisbətən, mürəkkəbdir . Evklid həndəsəsinin çox teoremlərinin ifadəsi […]

“Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçirilib

03 aprel 2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin magistrantı Yetər Fərhadova çıxış edib. Çıxışda Timoşenko tipli sistemlərdə enerji azalması mövzusu araşdırılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Qeyri-harmonik analiz” şöbəsinin “Separabel olmayan Banax fəzalarda K-Bessel və K-Hilbert sistemləri” mövzusunda seminarı keçiriləcək

05.04.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi , f.-r.e.n. Miqdad Imdad oğlu Ismayılov “Separabel olmayan Banax fəzalarda K-Bessel və K-Hilbert sistemləri” mövzusunda məruzə edəcək. Məruzə separabel olmayan Banax fəzalarında K-Bessel və K-Hilbert sistemlərin öyrənilməsinə həsr olunub. Burada sıfrdan fərqli elementlər çoxluğu ən azı hesabı olan skalyarlar […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi aprelin 6-sı saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda mühazirə keçirəcək. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi böyük elmi işçisi ,f.-r.e.n. […]

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 4-cü elmi-populyar mühazirə YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Dördüncü mühazirə martın 16-sı keçirilib. “Birləşmələr nəzəriyyəsinin əsasları (davamı)” mövzusunda keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz. Mühazirədə birləşmələr nəzəriyyəsinin əsas elementləri, tətbiqləri haqqında məktəb kursuna daxil olan və digər […]

Faydalı linklər