Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

27.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin professoru Heybətqulu Səfər oğlu Mustafayev “Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda məruzə edib. Məruzədə Banax cəbrlərinin multiplikatorları nəzəriyyəsindən və bu nəzəriyyənin bəzi klassik nəticələrindən bəhs edilib. Əsasən Furye cəbrlərinin multiplikatorlarının bəzi erqodik xüsusiyyətlərindən danışılacaqdır. Daha sonra, Furye cəbrlərində bəzi klassik nəticələri ümumiləşdirən məsafə düsturları verilib. […]

E L A N

27.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin professoru Heybətqulu Səfər oğlu Mustafayev “Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Banax cəbrlərinin multiplikatorları nəzəriyyəsindən və bu nəzəriyyənin bəzi klassik nəticələrindən bəhs ediləcəkdir. Əsasən Furye cəbrlərinin multiplikatorlarının bəzi erqodik xüsusiyyətlərindən danışılacaqdır. Daha sonra, Furye cəbrlərində bəzi klassik nəticələri ümumiləşdirən məsafə düsturları veriləcəkdir. […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev məruzə edib

22.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda prof. V.S. Quliyev “Ölçülü kvazimetrik fəzalarda verilmiş maksimal operatorun dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə etmişdir. Məruzədə ölçü ilə təhciz edilmiş kvazimetrik fəzalarda verilmiş maksimal operatorun dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında supremal bərabərsizlikləri haqqında danışılmışdır. © […]

“Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Varşava Texnalogiya Universitetinin professoru Przemyslav Gorka “Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda məruzə edib. Məruzə qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teoremin öyrənilməsinə həsr olunub. Məlumdur ki, ümumi halda verilmiş qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teorem doğru deyildir. Lakin məruzədə bu mövzu ilə əlaqədar bəzi məsələlərə toxunulub. © Bütün hüquqlar […]

İnstitutumuzun “Riyazi analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev, şöbənin aparıcı elmi işçisi Cavanşir Həsənov tərəfindən (Φ,Ψ) -qəbul edilən potensial tipli subxətti operatorların və onun komutatorlarının sıfırlanan ümumiləşmiş Orliç-Morri fəzalarında, həmçinin bu teoremlərin zəif variantı da isbat edilmişdir

“Riyazi analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev və şöbənin aparıcı elmi işçisi Cavanşir Həsənovun Collectanea Mathematica jurnalının (impact faktor 0,843) 2016-cı il 67-ci cildində ” (Φ,Ψ) -admissible potential operators and their commutators on vanishing Orlicz-Morrey spaces” adlı məqaləsi çap edilmişdir. Məqalədə -qəbul edilən potensial tipli subxətti operatorların və onun komutatorlarının sıfırlanan […]

E L A N

20.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Varşava Texnalogiya Universitetinin professoru Przemyslav Gorka  “Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzə qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teoremin öyrənilməsinə həsr olunacaqdır. Məlumdur ki, ümumi halda verilmiş qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teorem doğru deyildir. Lakin məruzədə bu mövzu ilə əlaqədar bəzi məsələlərə toxunulacaqdır. […]