10/02/2017
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dos. Rövşən Əlifağa oğlu Bəndəliyevin “Dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu” mövzusunda məruzə etmişdir. Məruzədə dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında ilkin nəticələr danışılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
09/02/2017
Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “QIZDIRILMA PROSESİNİN SƏRHƏD İDARƏETMƏSİNİN SİNTEZİ MƏSƏLƏSİNİN TƏDQİQİ” mövzusunda məruzə edib. Məruzədə eynitipli çubuqların qızdırılması prosesinin sərhəd idarəetməsinin sintezi tədqiq olunub. Fərz olunur ki, idarəetmə çubuqların aralıq nöqtələrində ölçülən temperaturların qiymətlərindən xətti asılıdır. Məsələdə həm ölçmə nöqtələrinin yerləşdirilmə yerləri, […]
09/02/2017
10.02.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dos. Rövşən Əlifağa oğlu Bəndəliyevin “Dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu” mövzusunda məruzəsi olacaqdır. Məruzədə dəyişən dərəcəli Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında ilkin nəticələr danışılacaqdır. © Bütün hüquqlar […]
08/02/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev Thomson Reuters bazasına daxil olan, impakt faktoru 1,014 olan “Journal Of Mathematical Analysis And Applications” jurnalının rəyçisidir. Bu səbəbdən “Journal Of Mathematical Analysis And Applications” jurnalının redaksiya heyəti tərəfindən prof. V.S. Quliyev yazdığı elmi rəylərinə görə sertifikatla təltif olunmuşdur. Jurnal […]
08/02/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu: 1. AMEA RMİ-nın magistraturasında ikinci semestr və tədris olunan fənnlər üzrə “Fənn proqramları” və “Dərs cədvəlinin” təsdiqi. 2. AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalovun ezmiyyəti haqqında hesabatı (Türkiyə, İstanbul 17-28 yanvar 2017). 3. Akademik Akif Hacıyevin anadan olmasının 80 […]
Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin xassələri haqqında” mövzusunda məruzə edib. Məruzə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinə həsr olunub. Məruzədə sonlu kompleks ölçünün Hilbert çevirməsinin paylanma funksiyası üçün asimptotik bərabərliklər verilib və Lebeq inteqralının ümumiləşməsi olan Q-inteqral anlayışından istifadə olunaraq Riss bərabərliyi […]