Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

16.11.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, professor Əliyev Qabil “Kiçik ölçülü sistemlərdə kvant-mexanik effekləri nəzərə alınmaqla hidromexanika nəzəriyyəsi” mövzusunda məruzə edəcəkdir. Kiçik ölçülü sistemlərdə kvant-mexanik effektləri, “bərk cisim-maye” kontaktının sərhəddində mövcud olan və onların dərinliyinə daxil olunan təsiri nəzərə alınmaqla hidromexanika nəzəriyyəsi yaradılıb. Kiçik ölçülü sistemlərdə bircinsli mayenin qeyri bircins mayeyə […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu: AMEA Riyaziyyat və Mexanika İnstitutunun 2016-cı il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında şöbələrin illik hesabatlarının müzakirəsi: “Optimal idarəetmə” şöbəsi – f-r.e.d., prof. Misir Mərdanov “Riyazi analiz” şöbəsi – AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev Gənc alimlər şurası – […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib

11.11.2016-cı il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin aparıcı elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dos. Bəndəliyev Rövşən Əlifağa oğlu “Klassik Lebeq fəzasında Hausdorf operatorunun onun məhdudluğu və kompaktlığı” mövzusunda məruzə etmişdir. Məruzədə çəkili Lebeq fəzalarında Hausdorf operatorunun məhdudluğundan və kompakt olmasından bəhs edilmişdir. © […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib

11.11.2016-cı il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda “Diferensial tənliklər” , “Funksiyalar nəzəriyyəsi”, “Maye və qaz mexanikası” , “Beynəlxalq əlaqələr” şöbələrinin illik hesabatı dinlənilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda “Tətbiqi riyaziyyat” , “Cəbr və riyazi məntiq”, “Hesablama riyaziyyatı və informatika” şöbələrinin illik hesabatı dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmin İnkişafı Fondu və “Thomson Reuters” şirkəti “Web of Science” mükafatları-2016”nı təqdim edib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi olub. “Əsas” və “İnkişaf etməkdə olan” nominasiyaları üzrə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər təltif olunublar. “Ən […]

Faydalı linklər