22/09/2016
23.09.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Rəhimova Kəmalə Razim qızı “Anizotrop Riss potensialının anizotrop ümumiləşmiş Morri fəzasında məhdudluğunun xarakterizasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə anizotrop Riss potensialının anizotrop ümumiləşmiş Morri fəzasında məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. […]
22/09/2016
23 sentyabr 2016-cı il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Elmin Ağalar oğlu Ağayevın “İkinci və dördüncü tərtib bir sinif diferensial operatorların bəzi spektral xassələri” mövzusunda , 16:00 -da isə Aynur Ramazan qızı Qasımovanın “Artan […]
Bu gün Ümuminstitut seminarında ADA Universitetinin professoru Yuri Melnikov “Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda məruzə edib. Qrin funksiyasıyalarının tətbiq edilməsinə həsr olunmuş məruzə, bu funksiyaların hesablama səmərəliliyinin artırılması, müəyyən dərəcədə, onların mühəndislik işlərində “reputasiyasının” təkmilləşdirilməsinə yönəlmişdir. Qrin funksiyalarının kompüter formalarının qurulması ilə əlaqədar bir sıra tətbiqi diferensial tənliklər üçün bəzi effektiv üsullar təqdim olunur. Məruzə, […]
20/09/2016
22.09.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin onbirinci seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi Rafiq Teymurov «QEYRI-LOKAL INTEQRAL SƏRHƏD ŞƏRTLI PARABOLIK TƏNLIKLƏR ÜÇÜN BƏZİ OPTIMAL IDARƏETMƏ MƏSƏLƏLƏRI» mövzusunda məruzə edəcəkdir. Məruzədə vəziyyəti qeyri-lokal inteqral sərhəd şərtlı parabolik tənliklə təsvir olunan sistemlər üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələlərinə baxılır. Məsələnin […]
21.09.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında ADA Universitetinin professoru Yuri Melnikov “Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda məruzə edəcəkdir. Qrin funksiyasıyalarının tətbiq edilməsinə həsr olunmuş məruzə, bu funksiyaların hesablama səmərəliliyinin artırılması, müəyyən dərəcədə, onların mühəndislik işlərində “reputasiyasının” təkmilləşdirilməsinə yönəlmişdir. Qrin funksiyalarının kompüter formalarının qurulması ilə əlaqədar bir sıra tətbiqi diferensial tənliklər üçün bəzi effektiv üsullar […]
Bu gün Ümuminstitut seminarında Kral Saud Universitetinin professoru Mübariz Tapdiq oğlu Qarayev “Doğurucu nüvələrin, Enqliş Cəbrlərin və bəzi tətbiqləri” mövzusunda məruzə edib. Operatorlar nəzəriyyəsində yaxşı məlum olan Enqliş cəbrlərini ilk dəfə Enqliş 1995-ci ildə təyin və tədqiq etmişdir. Məruzədə Hilbert fəzalarında doğurucu nüvə və Berezin simvolu anlayışlarından istifadə edərək Engliş cəbrlərinin yeni tərifi verildi. Bununla […]