23/06/2016
24 iyun 2016-cı il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Laura Faiq qızı Fətullayevanın “Konstruksiyalarda olan elastiki, qeyri-elastiki, çoxsaylı, nazikdivarlı elementlərin dayanıqlıq və qabarma məsələlərinin variasiya üsulu ilə həlli” mövzusunda 2002.01-Deformasiya olunan bərk cism mexanikası […]
22/06/2016
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İclasda institutun “Qeyri-harmonik analiz” , “Diferensial tənliklər”, “Dalğa dinamikası” və “Beynəlxalq Əlaqələr” şöbələrinin yarımillik hesabatı dinlənildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
20/06/2016
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun “Hesablama riyaziyyatı və informatika” , “Funksiyalar nəzəriyyəsi”, “Sürüncəklik nəzəriyyəsi” və “Funksional analiz” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 2016-ci il üzrə yarımillik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
17/06/2016
İclasda “Optimal Idarəetmə” , “Maye və qaz mexanikası” şöbələrinin yarımillik hesabatı və “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq seminarın hesabatı dinlənildi. Sonda AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantlarının fərdi iş planlarının təsdiqi (2015-ci ilin qəbulu) məsələlərinə baxıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
16/06/2016
Bu gün “Optimal idarəetmə” şöbəsinin onuncu seminarı keçirilib. Seminarda Idarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Yeganə Əşrəfova “MÜRƏKKƏB STRUKTURLU BORU-KƏMƏRLƏRİ ŞƏBƏKƏSİNDƏ MAYENİN QƏRARLAŞMAMIŞ REJİMDƏ HƏRƏKƏTİ ZAMANI BAŞ VERMİŞ SIZMA YERLƏRİNİN VƏ HƏCMİNİN TƏYİNİ MƏSƏLƏSİNİN ƏDƏDİ HƏLLİ” mövzusunda məruzə edib. Məruzədə mürəkkəb halqavari strukturlu boru-kəmərləri şəbəkəsində mayenin qərarlaşmamış rejimdə hərəkəti üzrəində əlavə müşahidələrin nəticələrinə əsaslanaraq boru-kəmərlərinin […]
10/06/2016
Diferensial tənliklər, qrup təhlili və riyazi modelləşdirmə sahəsində görkəmli alim, Blekinge Texnologiya İnstitutunun Elm və Mühəndislik Məktəbin Riyaziyyat fakültəsinin (Karlskrona, İsveç) professoru və Beynəlxalq ALGA Mərkəzinin direktoru Nail İbrahimov (http://www.mathnet.ru/rus/person22634) AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına “Diferensial tənliklər, qrup analizi və riyazi modelləşdirmə” mövzusunda online kurslarda iştirak etməyinə imkan yaratmışdır. Kurslara giriş və qeydiyyat aşağıdakı […]