Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Professor Misir Mərdanov “Lev Landau” döş nişanı ilə təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda ölkənin və dünyanın aparıcı elmi qurumlarının tanınmış alimləri müxtəlif döş nişanları ilə təltif olunublar. Tədbir çərçivəsində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov elmdəki xidmətlərinə görə “Lev Landau” döş nişanı ilə mükafatlandırılıb. Qeyd edək […]

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşdü. Sonra Prezident İlham Əliyev tədbirdə çıxış etdi. Prezident İlham Əliyevin Çıxışı -Hörmətli xanımlar […]

AMEA-nın rəhbərliyi və xarici elmi qurumların nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın bir sıra Elmlər Akademiyalarının və nüfuzlu beynəlxalq elmi qurumlarının rəhbər heyəti və nümayəndələri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi […]

Dünyanın ən uğurlu məzunları hansı universitetlərdə hazırlanır? – REYTİNQ

Böyük Britaniyanın aparıcı reytinq təşkilatı olan “Times Higher Education” (THE) 2026-cı il üzrə dünyanın ən uğurlu məzun hazırlayan ən yaxşı universitetlərinin məşğulluq reytinqini (“Times Higher Education Emerging Group”) açıqlayıb. THE qeyd edir ki, universitetlərə qəbul karyera hazırlığından daha çox məna kəsb edir, lakin düzgün ali təhsil müəssisəsi və tədris kursu seçmək, şübhəsiz ki, məzun perspektivlərinizi […]

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur. Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi […]

AMEA-nın 80 illik yubileyi münasibətilə “Elm” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb

AMEA-nın 80 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin xüsusi nömrəsi çapdan çıxıb. Xüsusi buraxılışın birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı yer alıb. Buraxılışın sonrakı səhifələrində ölkə başçısının digər sərəncamları, üç dildə Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərinin adları, həmin alimlərin kollektiv fotosu […]

Faydalı linklər