Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutun kitabxanasına daxil olan yeni kitab

Раиса Кязимова – Некоторые задачи нелинейной теории упругости – Германия, LAP LAMBERT Academik Publishinq, 2016-99p. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“KOMPONENTLƏRİNƏ NƏZƏRƏN MƏXSUSİ İDARƏEDİCİLƏRİN OPTİMALLIĞI ÜÇÜN BƏZİ ZƏRURİ ŞƏRTLƏR” mövzusunda  «Optimal idarəetmə» şöbəsinin seminarı keçirilib

Bu gün  «Optimal idarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda BDU-nun dosenti Şakir Yusubov “KOMPONENTLƏRİNƏ NƏZƏRƏN MƏXSUSİ İDARƏEDİCİLƏRİN OPTİMALLIĞI ÜÇÜN BƏZİ ZƏRURİ ŞƏRTLƏR” mövzusunda məruzə edib. Məruzədə diferensial tənliklər və hiperbolik tənliklərlə təsvir olunan sistemlərdə komponentlərinə nəzərən məxsusi idarəedicilərin optimallığı üçün bəzi zəruri şərtlər haqqında məlumat verilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

27.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin professoru Heybətqulu Səfər oğlu Mustafayev “Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda məruzə edib. Məruzədə Banax cəbrlərinin multiplikatorları nəzəriyyəsindən və bu nəzəriyyənin bəzi klassik nəticələrindən bəhs edilib. Əsasən Furye cəbrlərinin multiplikatorlarının bəzi erqodik xüsusiyyətlərindən danışılacaqdır. Daha sonra, Furye cəbrlərində bəzi klassik nəticələri ümumiləşdirən məsafə düsturları verilib. […]

E L A N

27.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin professoru Heybətqulu Səfər oğlu Mustafayev “Banax cəbrlərinin multiplikatorları haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Banax cəbrlərinin multiplikatorları nəzəriyyəsindən və bu nəzəriyyənin bəzi klassik nəticələrindən bəhs ediləcəkdir. Əsasən Furye cəbrlərinin multiplikatorlarının bəzi erqodik xüsusiyyətlərindən danışılacaqdır. Daha sonra, Furye cəbrlərində bəzi klassik nəticələri ümumiləşdirən məsafə düsturları veriləcəkdir. […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev məruzə edib

22.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda prof. V.S. Quliyev “Ölçülü kvazimetrik fəzalarda verilmiş maksimal operatorun dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə etmişdir. Məruzədə ölçü ilə təhciz edilmiş kvazimetrik fəzalarda verilmiş maksimal operatorun dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında supremal bərabərsizlikləri haqqında danışılmışdır. © […]

“Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Varşava Texnalogiya Universitetinin professoru Przemyslav Gorka “Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda məruzə edib. Məruzə qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teoremin öyrənilməsinə həsr olunub. Məlumdur ki, ümumi halda verilmiş qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teorem doğru deyildir. Lakin məruzədə bu mövzu ilə əlaqədar bəzi məsələlərə toxunulub. © Bütün hüquqlar […]

Faydalı linklər