Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi analiz” şöbəsinin “Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatorları” mövzusunda seminarı keçirilib

13.01.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilmişdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatorları” mövzusunda məruzə etmişdir. Məruzədə Orlic fəzasında kəsr maksimal funksiya və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılmışdır. […]

Görkəmli Azərbaycan riyaziyyatçısı, akademik Zahid İsmayıl oğlu Xəlilovun 106 yaşı tamam olur

14 yanvar 2017-ci il tarixində Azərbaycan riyaziyyatçısı, akademik Zahid İsmayıl oğlu Xəlilovun 106 yaşı tamam olur. AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları uzun müddət RMİ-nin direktoru , Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış Zahid Xəlilovun məzarını ziyarət etmişlər. Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı […]

E L A N

19.01.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov « QIZDIRILMA PROSESİNİN SƏRHƏD İDARƏETMƏSİNİN SİNTEZİ MƏSƏLƏSİNİN TƏDQİQİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə eynitipli çubuqların qızdırılması prosesinin sərhəd idarəetməsinin sintezi tədqiq olunmuşdur. Fərz olunur ki, idarəetmə çubuqların aralıq nöqtələrində ölçülən temperaturların qiymətlərindən xətti asılıdır. Məsələdə həm ölçmə […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu: 1. 15.12.2016-cı il tarixində “Azərbaycan” qəzetində dərc olunmuş elana əsasən AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək üçün namizədlərin irəli sürülməsi (3 nəfər AMEA-nın həqiqi üzvlüyünə; 7 nəfər müxbir üzvlüyünə). 2. Cari məsələ. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Dissertasiya Şurasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

27 dekabr 2016-cı il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Eyvazov Elşad Hətəm oğlunun “Kvant mexanikasının bəzi diferensial operatorlarının spektral xassələri haqqında” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim […]

Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi AMEA Fizika İnstitutunun dissertasiya Şurasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib

21 dekabr 2016-cı il tarixində  RMİ-nin elmi işçisi Aynurə Məmmədrza qızı Cəfərova AMEA Fizika İnstitutu nəzdində fizika üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D01.011 dissertasiya şurasının növbəti iclasında fizika üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işi müdafiə edib. Cəfərova Aynurə Məmmədrza qızı “Deformasiya olunmuş kvant sistemlərinin fərq tənliklərinin həlli” mövzusunda  2212.01 – […]

Faydalı linklər