Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

30.03.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. İbrahim Mayil oğlu Nəbiyev “Sərhəd şərtində spektral parametr olan Dirak operatorunun bərpası” mövzusunda məruzə edəcəkdir. İşdə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən Dirak operatorunun bərpası haqqında spektral analizin tərs məsələsi tədqiq olunur. Baxılan operatoru birqiymətli təyin edən spektral verilənlər […]

E L A N

31.03.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin beşinci seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Rafiq Tağıyev «ELLİPTİK TƏNLİKLƏRİN ƏMSALLARI İLƏ OPTİMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə elliptik tənliklərin əmsalları ilə optimal idarəetmə məsələlərinə baxılır. Məsələlərin qoyuluşunun korrektliyi tədqiq olunur və optimallıq üçün zəruri şərtlər alınır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Iclasda gündəlikdə duran  məsələlər müzakirə olunub: 1.İnstitutda elmi mühazirələrin və xarici dil kurslarının təşkili haqqında (AMEA-nın prezidentinin sərəncamı №123, 15.02.2016). 2. 2016-2017-ci tədris ili üçün magistraturaya qəbul haqqında. 3.AMEA prezidentinin Gənclər mükafatının təsis edilməsi haqqında (AMEA RH-nin 02.03.2016-cı il 5/4 saylı qərarı). 4. […]

“Qeyri-divergent tipli elliptik tənliklər üçün bəzi aprior qiymətləndirmələr haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi prof. F.Məmmədov “Qeyri-divergent tipli elliptik tənliklər üçün bəzi aprior qiymətləndirmələr haqqında” mövzusunda məruzə edib. Burada, Sərhəd məsələsinin W2p Ω , p>1 Sobоlev fəzasından olan həlli üçün qiymətləndirməsi alınmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

16.03.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi prof. F.Məmmədov “Qeyri-divergent tipli elliptik tənliklər üçün bəzi aprior qiymətləndirmələr haqqında” mövzusunda məruzə edəcəkdir. Burada, Sərhəd məsələsinin W2p Ω , p>1 Sobоlev fəzasından olan həlli üçün qiymətləndirməsi alınmışdır.   © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov məruzə edib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və Riss potensialı” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu maksimal funksiya və onun -məhdudluğu haqda məlumat verilib. Riss-Qeqenbauer potensialı daxil edilir və onun inteqral ifadəsi […]

Faydalı linklər