Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflərində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri" mövzusunda Ümuminstitut seminarı keçirilib

Fevralın 17-də AMEA Riyaziyyat və Mexanika institutunda “Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflərində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dosent Niyazi İlyasov məruzə edib. Məruzədə Lp(T) – hamarlıq modulunun və ya Lp(T) – də ən yaxşı yaxınlaşmalar ardıcıllıqlarının majorantı ilə təyin olunmuş funksiyalar siniflərində triqonometrik Furye […]

E L A N

18.02.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov «Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflə-rində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzədə Lp(T) – hamarlıq modulunun və ya Lp(T) – də ən yaxşı yaxınlaşmalar ardıcıllıqlarının majorantı ilə təyin olunmuş funksiyalar siniflərində […]

“Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda ARDNŞ-nın “Neftqazelmitədqiqatlayihə” institutunun “Quyuların istismar üsullarının layihələndirilməsi və optimallaşdırılması”şöbəsinin müdiri, texnika elmləri namizədi Elxan Abbasov məruzə edib. Məruzədə horizontal quyularda quyu-lay sisteminin dinamik əlaqəsini və borunun divarının horizontal hissəsində süzgəc xarakterli olmasını nəzərə alaraq mayenin layda […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.The bulletin of symbolic logic-2014-v/20  № 42.The journal of symbolic logic-2014 v.79  № 4.3.Azərbaycan Milli Elmlər Akademiyası.Məruzələr.-2014  № 34.Azərbaycan Milli Elmlər Akademiyasının  Xəbərləri-2014 c.1  № 4

E L A N

11.02.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” institutunun “Quyuların istismar usullarının layihələndirilməsi və optimallaşdırılması”şöbəsinin müdiri, texnika elmləri namizədi Elxan Məcid oğlu Abbasov “Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Horizontal quyularda quyu-lay sisteminin dinamik əlaqəsini və borunun divarının horizontal hissəsində süzgəc xarakterli olmasını nəzərə alaraq mayenin layda qeyri-stasionar süzülmə prosesi riyazi modelləşdirilərək tədqiq […]

Ömrünü elmə həsr etmiş alim…

Görkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev fevralın 3-də ömrünün 78-ci ilində vəfat etmişdir. Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil […]

Faydalı linklər