Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı 22.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı elmi seminarı keçirilib. İlk öncə seminarda görkəmli riyaziyyatçı alim, prof. Ə.Ş. Həbibzadənin 100 illik yubileyi ilə əlaqədar olaraq əziz xatirəsi yad edildi. Alimin şərəfli həyatından söhbət açıldı. Sonra “Diferensial tənliklər” […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı

22.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Nadir Süleymanov “Evolyusyon tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda məruzə edəcəkdir. Məruzədə diskret spektrli psevdo-diferensial operatorları özündə saxlayan evolyusyon tənliklərin həlli üçün Viman-Valiron tipli qiymətləndirmələri haqqında danışılacaq. © Bütün hüquqlar […]

Birdəfəlik Dissertasiya Şurasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

15 yanvar 2016-cı il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Qürbət oğlu Məmmədov «Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi» mövzusunda 1211.01-«Diferensial tənliklər» və 1214.01-«Dinamik sistemlər və optimal idarəetmə» […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib

15.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Bu ilin ilk seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Hilbert çevirməsinin lokal Morri-Lorentz fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Hilbert çevirməsinin lokal Morri-Lorentz fəzalarında məhdudluğu şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

“Diskret sistemlərlə təsvir olunan proseslərin idarə olunması” mövzusunda “Optimal idarəetmə” şöbəsinin ilk seminarı keçirilib

Bu gün saat 11:00-da “Optimal idarəetmə” şöbəsinin ilk seminarı keçirilib. Seminarda şöbənin professoru Telman Məlikov “Diskret sistemlərlə təsvir olunan proseslərin idarə olunması” mövzusunda məruzə edib. Məruzədə birinci və ikinci tərtib bəzi zəruri şərtlərin alınması şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Görkəmli Azərbaycan riyaziyyatçısı, akademik Zahid İsmayıl oğlu Xəlilovun 105 yaşı tamam olur

Bü gün görkəmli Azərbaycan riyaziyyatçısı, akademik Zahid İsmayıl oğlu Xəlilovun 105 yaşı tamam olur. Bu münasibətlə 13.01.2016 tarixli Ümuminstitut seminarında, seminarı giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov akademik Zahid Xəlilovu dərin hörmətlə anmış, sonra bir neçə alim akademik Zahid Xəlilov haqqında xatirələrini seminar iştirakçıları ilə bölüşmüşlər. Sonda alimin xatirəsi […]

Faydalı linklər