16/12/2014
1.РЖ.Математика.Св.том.-2014-№ 11 2.РЖ.Механика. Св.том.-2014-№ 11 3.Доклады РАН. 2014 – т.458 № 4 4.Доклады РАН. 2014 – т.458 № 5 5.Доклады РАН. 2014 – т.458 № 6
17.12.2014-cü il saat 10.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri f.r.e.n. Vüqar Elman oğlu İsmayılov “Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbertin 13-cü problemi, onun V.İ.Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, Kolmoqorov superpozisiya teoremindən sonra yaranmış xətti superpozisiyalar nəzəriyyəsinin bəzi vacib nəticələri haqqında danışılacaqdır. Daha sonra birqat və ikiqat gizli laya […]
12/12/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin aspirantı Bəhruz Ağarzayev və AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Aynur Həsənova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Bəhruz Ağarzayev “Çoxölçülü potensiallar və onların tətbiqləri” mövzusunda, Aynur Həsənova isə “Parabolik tip tənliklər üçün bir sıra tərs məsələlərin […]
10/12/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında institutun 2014-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. İclasda çıxış edən institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov görülmüş işlər barədə şura üzvlərinə məlumat verib. Qeyd edib ki, hazırda institutda 250 nəfər çalışır, onların 159 nəfəri elmi işçidir. Elmi işçilərdən 41-i elmlər […]
Dekabrın 10-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov «Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar» mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr təqdim edilib. İzomorfizm haqqında nəticələr, həllərin qiymətləndirilməsi, spektrin […]
12 dekabr 2014-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Bəhruz Kərimbala oğlu Ağarzayevin “Çoxölçülü potensiallar və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və Aynur Hidayət qızı Həsənovanın “Parabolik tip tənliklər üçün bir sıra […]