03/11/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitunda Elmi Şuranın növbəti iclası keçirildi. Elmi Şuranın bu həftə qrafik əsasında keçirilən iclaslarında 2014-cü il üzrə şöbələrin elmi və elmi-təşkilati fəaliyyətlərinin hesabatları dinlənilir. Bu gün institutun “Cəbr və riyazi məntiq”, “Tətbiqi riyaziyyat”, “Funksiyalar nəzəriyyəsi”, “Maye və qaz mexanikası” şöbələrinin müdirləri Elmi Şura üzvlərinə rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti […]
03/11/2014
Oktyabrın 31-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya şurasında Rafiq Rəsulov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi, Sevinc Xalıqova isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının direktoru Rafiq Rəsulov “Qeyri-xətti parabolik və hiperbolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda dissertasiya işi müdafiə edib. Dissertasiyada alınmış […]
29/10/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi, Elmi Texniki İnformasiya laboratoriyası, Kitabxana və Hesablama texnikası vasitələri laboratoriyasının illik hesabatları dinlənilib. Həmçinin, iclasda şöbələrin problemləri səsləndirilib və bu problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
29/10/2014
Oktyabrın 29-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d., prof. Musa İlyasov məruzə edib. Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı göstərilmişdir və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq […]
23/10/2014
İclasda gündəlikdə duran cari məsələlər müzakirə olundu. 2014-cü il üzrə institutun şöbələrinin elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatların keçirilmə tarixləri dəqiqləşdirildi. 2015-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı hazırlandı. Elmi Şura üzvləri 27 əməkdaşı icra etdikləri vəzifələri tutmaq üçün müsabiqədən keçirdilər.
23/10/2014
Oktyabrın 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elliptik hipergeometrik funksiyalar” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda Humboldt Universitetinin (Berlin, Almaniya) əməkdaşı Qəhrəmanov İlmar məruzə edib. Məruzə elliptik hipergeometrik funksiyaların nəzəriyyəsinə və tətbiqlərinə həsr olunub. Klassik və bazis hipergeometrik funksiyaları Eylerin dövründən məlumdursa, elliptik hipergeometrik funksiyalar son 15 ildə meydana çıxıb. Bu funksiyalara inteqrallanan sistemlərdə, dördölçülü çoxobrazlıların […]