29/09/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Florida Texnologiyalar İnstitutunun beynəlxalq əlaqələrin qurulması üzrə direktoru (associate director) Sephanie Enstice ilə görüşüb. Görüşdə institututlararası əlaqələrin möhkəmləndirilməsi və bu əlaqələrin prespektivləri barəsində söhbət edilib.
29/09/2014
15-23 sentyabr 2014-cü il tarixində Polşa Respublikasının Zakopane və Krakov şəhərlərində «Geopetrol-2014» Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycan elmi nümayyəndələri – AMEA-nın Vitse-Prezidenti, akademik İbrahim Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.e.d. professor Soltan Əliyev, «Maye və qaz mexanikası» şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, aparıcı elmi işçisi, t.e.n. […]
24/09/2014
Sentyabrın 24-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri – monoton yüklənmələrdə plastikliyin və möhkəmliyin xüsusi nəzəriyyələri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f.r.e.d., prof. Lətif Talıblı məruzə edib. Məruzə cisimlərin qeyri monoton yüklənmələrində keyfiyyətcə yeni plastiklik və möhkəmlik nəzəriyyələrinin işlənməsinə həsr edilib. Bu nəzəriyyələr çərçivəsində ümumi qeyri – monoton yüklənmələrdə plastiklik […]
23/09/2014
Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev “Journal of function spaces” jurnalının xüsusi nömrəsinin “Morrey Spaces and Related Function Spaces 2015” bölümündə 4 xarici redaktorlardan biri seçilib. Ətraflı >>
19/09/2014
Sentyabrın 19-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya şurasında “Funksional analiz” şöbəsinin ictimai əsaslarla böyük elmi işçisi, f-r.e.n Xanlar Məmmədov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Diferensial operatorların bərpası və bəzi spektral xassələri” mövzusunda dissertasiya işi müdafiə edib. Dissertasiyada alınmış nəticələr diferensial tənliklərin spektral nəzəriyyəsinin, tətbiqi riyaziyyatın və mexanikanın müxtəlif sahələrində, dalğa nəzəriyyəsində, […]
19/09/2014
“Materials Science” jurnalında çap olunan “Alternative Procedure of Deducing Rabotnov’s Relations for the Time to Corrosion Fracture of Metals” adlı məqaləsi xarici ölkələrin alim və mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilmiş və Raisə xanıma elm akademiyası adından onun aldığı nəticələri mexanika sahəsində böyük nailiyyət və mühüm töhfə olduğunu, professional bilik və bacarığını xüsusi ilə qeyd etmişlər. “Science […]