Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İyun ayının 19-dan 3 iyula kimi AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun maye ve qaz şöbəsinin müdiri Qeylani Pənahov və şöbənin əməkdaşı Eldar Abbasov ezamiyyətdə olmuşlar

İyun ayının 19-dan 3 iyula kimi AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun maye ve qaz şöbəsinin müdiri Qeylani Pənahov və şöbənin əməkdaşı Eldar Abbasov Moskva şəhərində NQPSTİ-da və Pekin şəhərində GCC Group Corp.-da ezamiyyətdə olmuşlar. Ezamiyyə  zamanı neft-qaz sənayesi üçün vacib olan bəzi texnoloji məsələlər müzakirə olunmuş, birgə patent üçün materiallar hazırlanmışdır. Rusiya Təbiət […]

Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.Razmadze A. Mathematical İnstitute.Memours on differential eguations and mathematicalphysics  2013. V.60.2.Razmadze A. Mathematical İnstitute. Memours on differential eguations and mathematicalphysics 2014.V.61.3.Razmadze A. Mathematical İnstitute. Proseedings. 2013.V.163.4.Razmadze  A. Mathematical İnstitute. Proseedings. 2014.V.164.

Diferensial operatorların spektral nəzəriyyəsi

AMEA Riyaziyyat və Mexanika İnstitutu (Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının dəstəyi ilə) görkəmli riyaziyyatçı akademik Mirabbas Qasımovun 75-illiyinə həsr olunmuş konfrans təşkil edir. Konfrans 8-10 dekabr 2014-cü il Bakı şəhərində keçiriləcəkdir. Konfransın dilləri: Azərbaycan, ingilis və rus dilləridir. Təşkilat və proqram komitəsi: Sədrlər: akad. Akif Hacıyev (AMEA-nın vitse-prezidenti) prof. Misir Mərdanov (AMEA RMİ-nin direktoru) […]

AMEA-nın müxbir üzvi, AMEA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin müdiri, f.-r.e.d., prof. Vaqif Guliyev Padova Universitetində “Doctor of Philosophy” Mathematics müdafiə komissiyasında opponent kimi iştirak etmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, f.-r.e.d., prof. Vaqif Guliyev 23.06 -27.06.2014 tarixlərində İtaliyanın Padova şəhərinin Podova Universitetində elmi ezamiyyətdə olmuşdur. Padova Universitetində Mini-courses in Mathematical Analysis 2014 konfransında iştirak etmiş və “Boundedness of Maximal and Singular Operators on Generalized Weighted Orlicz-Morrey Spaces” adlı elmi məruzə ilə çıxış etmişdir. […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İyulun 2-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib, institut əməkdaşları elmi nəaliyyətlərinə görə təltif ediliblər. İclası giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə seçilən institut professorlarını- Bilal Bilalov, Vaqif Quliyev və Qeylani […]

Cəbr və riyazi məntiq şöbəsinin baş elmi işçisi, professor Yuriy Turovskiy elmi ezamiyyətə dəvət olunub.

AMEA Riyaziyyat və Mexanika institutunun Cəbr və riyazi məntiq şöbəsinin baş elmi işçisi, professor Yuriy Turovskiy  iyul ayının 10-undan avqust ayının 14-ünədək Çin Xalq Respublikasının Pekin Texnologiyalar İnstitutunun Riyaziyyat və Statistika məktəbinə elmi ezamiyyətə dəvət olunub. daha ətraflı…

Faydalı linklər