Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni kitab

Тогрул  Мурадов – Свойства базисности систем в банаховых пространствах и их применения.Некоторые вопросы теории базисов. – Германия ,  Lap Lambert   Academic Publishing , 2015-86c.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni kitab

Surxay D. Akbarov – Dynamics of pre – strained bi-material elastik systems – New – York-London – Springer – 2015 – 1004 p.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi mövzusunda Ümuminstitut seminarı keçirilib

May 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edib. Seminarda Dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərdən danışılıb: 1. Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation) 2. Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc […]

Akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa dəvət olunmuş məruzəçilər arasında Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev də yer almışdır

Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev 2015-ci il mayın 25-dən 29-dək Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda keçiriləcək akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa məruzəçi qismində dəvət almışdır. AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev “Karnot qruplarında təyin edilmiş […]

E L A N

20.05.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edəcəkdir. Seminarda dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərin təqdimatı da nəzərdə tutulur: * Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation) * Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc […]

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Nazim Məmmədov bildirib ki, görüşdə məqsəd birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq və onlar arasında seçim etmək, […]

Faydalı linklər