Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Bəndəliyev 27 may-3 iyun tarixlərində Rusiyanın Novorossiysk şəhərində keçirilən “Fourier series and its applications” adlı Beynəlxalq konfransda iştirak etmişdir.

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən  Bəndəliyev 27 may-3 iyun tarixlərində Rusiyanın  Novorossiysk  şəhərində  keçirilən “Fourier series and its applications” adlı Beynəlxalq konfransda iştirak etmişdir. Rövşən  Bəndəliyev konfransda “On boundedness of certain sublinear operator in weighted variable Lebesgue spaces” adlı məruzəsi ilə çıxış etmişdir. Klassik Hardi […]

Iyunun 4-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “ Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı ” mövzusunda Ümuminstitut seminarı keçirildi.

Iyunun 4-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “ Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı  ” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı, f-r.e.n. Miqdad İsmayılov məruzə edib. Qeyd edək ki, son zamanlar tətbiq nöqteyi baxımından freymlərin öyrənilməsinə maraq sürətlə artıb. Freymlərin öyrənilməsində dayanıqlıq məsələsi və freym üzrə bərpaedici düsturun alınması vacib məsələlərdən biridir.

E L A N

04.06.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı, f-r.e.n. Miqdad İmdad oğlu İsmayılov “ Freymin ümumiləşdiril-məsi və onun dayanıqlığı” mövzusunda  məruzə edəcəkdir. Son zamanlar tətbiq nöqteyi baxımından freymlərin öyrənilməsinə maraq sürətlə artıb. Qeyd edək ki, freymlər qeyri harmonik Furye sıraları nəzəriyyəsinin öyrənilməsində Daffin və Şeffer tərəfindən 1952-ci ildə verilmişdir. Freymlərə məşhur P. Casazza, […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir.

“MƏNTİQLƏ DÜŞÜN” DEVİZI ALTINDA BİLİK YARIŞMASI LƏNKƏRAN ŞƏHƏRİNDƏ Azərbaycan Milli Elmlər AkademiyasıNIN (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir. Əvvəlcə Lənkəranda Heydər Əliyev Mərkəzini ziyarət edən institutun gənc alimləri Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə bir […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda beynəlxalq uşaqlar günü münasibətilə tədbir keçirdi.

Mayın 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 1 İyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə institututun Həmkarlar Təşkilatı tədbir keçirdi. Tədbirdə institut əməkdaşlarının uşaqları iştirak etdi. Uşaqların bilik və bacarıqları nümayiş etdirildi. Üç istiqamət- şeir demək, rəsm çəkmək, rəqs etmək üzrə yarışlar keçirildi. Qalib gələn balacalar medallar və hədiyyələrlə  mükafatlandırıldı.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında BDU-nun “Riyazi analiz” kafedrasının müəllimi Rövşən Poladov riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib.

​Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında  BDU-nun “Riyazi analiz” kafedrasının müəllimi Rövşən Poladov riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib. ​Qeyd edək ki, dissertasiyada alınmış nəticələr 10 elmi işdə öz əksini tapıb.

Faydalı linklər