22/04/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda “Riyazi fizika tənlikləri”, “Diferensial tənliklər”, “Funksional analiz”, “Sürüncəklik nəzəriyyəsi”, “Hesablama riyaziyyatı və informatika” şöbələrinin bu ilin I rübü üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Sonra “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi r.e.d Nihan Əliyevə Diferensial tənliklər ixtisası üzrə professor […]
22/04/2015
Aprelin 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Həsənov məruzə edib. Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunub.
22.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Cavad oğlu Həsənov “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunmuşdur.
16/04/2015
1.Актуальные проблемы механики:физико-химическая механика жидкостей и газов.Сборник трудов.-М.-Наука-2010-349с.2.Fluxes and structures in Fluids:International Conference:June-25-28,2013,Saint-Petersburg:Selected Papers of International Conference.-M.-2014-252p
15/04/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib. “Cəbr və riyazi məntiq”, “Funksiyalar nəzəriyyəsi”, “Maye və qaz mexanikası”, “Dalğa dinamikası”, “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbələrinin 2015-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinlənilib. Bu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı […]
15/04/2015
Aprelin 15-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunun əməkdaşı, professor Yu. D. Çaşeçkin “Mayelərin diferensial mexanikası – yeni nəsil modellər” mövzusunda məruzə edib. Məruzənin məqsədi, klassik mexanikanın iki bölmə arasındakı fərqi analiz etmək, axın təsvirlərinin keyfiyyətinin təkmilləşdirilməsi üçün yeni yanaşma və nümunələr göstərməkdən ibarət olub. Hesablamalar tənliklərin uyğunluq […]