Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün  AMEA  Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib. Şurada Riyaziyyat və Mexanika İnstitutunun 2-ci il əyani doktorantı Babək Kazbekovun qiyabi şöbəyə keçirilməsi və dissertant  Aynur Qasımovanın ikinci elmi rəhbərinin təyin edilməsi məsələlərinə baxılıb. Sonda “Riyazi analiz”, “Tətbiqi riyaziyyat”, “Qeyri-harmonik analiz”  şöbələrinin birinci rüb üzrə elmi […]

“ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə etmişdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılmışdır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.Математический сборник -2015-т.206 № 22.Прикладная математика и механика -2015-т.77.в.13.Упехи математических наук-2015-т.70 в.14.Журнал вычислительной математики и математической физики -2015 т .55  № 25.РЖ Математика.Сводный том. -2015 № 26.РЖ Механика.Сводный том-2015 № 37.Доклады РАН -2015 т.460 № 58.Доклады РАН-2015 т.460 № 6

ELAN

01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Fəraməz Maqsudovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda akademik  Fəraməz Maqsudovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Öncə mərasim iştirakçıları Fəxri Xiyabanda akademikin məzarını ziyarət ediblər, xatirəsini ehtiramla anıblar. RMİ-nin  elmi kitabxanası tərəfindən təşkil olunmuş görkəmli akademikin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunmuş və maraqla qarşılanmışdır. Yubiley tədbirində giriş nitqi ilə […]

Riyaziyyat və Mexanika İnstitutunda 26 il rəhbərlik etmiş akademik Fəraməz Qəzənfər oğlu Maqsudovun 85 illik yubileyi ilə əlaqədar 18.03.2015-cü il saat 11:00-da anım tədbiri keçiriləcək

FƏRAMƏZ QƏZƏNFƏR oğlu MAQSUDOV – 1930-cu il martın 20-də – Novruz bayramında Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultiəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, adi aspirantdan, Riyaziyyat və Mexanika İnstitutunyn direktoru və Azərbaycan […]

Faydalı linklər