06/03/2025
Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz […]
06/03/2025
Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçilməsində iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 14-cü “Mobillik qrantı” müsabiqəsini elan edir. Bu barədə […]
05/03/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq müəssisədə işləyən xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. M.Mərdanov […]
04/03/2025
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib. 27-28 fevral tarixlərində nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb. Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki […]
04/03/2025
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan […]
03/03/2025
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində İstanbul Texniki Universitetində Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Emin Əmrullayev ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və s. barədə məlumat verib. Nazir bildirib ki, indi xaricdə doktorantura […]