Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

29.10.2014 tarixində Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi, Elmi Texniki İnformasiya laboratoriyası, Kitabxana və Hesablama texnikası vasitələri laboratoriyasının illik hesabatları dinlənilib. Həmçinin, iclasda şöbələrin problemləri səsləndirilib və bu problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

“Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Oktyabrın 29-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d., prof. Musa İlyasov məruzə edib. Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı göstərilmişdir və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq […]

22.10.2014 tarixində Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

İclasda gündəlikdə duran cari məsələlər müzakirə olundu. 2014-cü il üzrə institutun şöbələrinin elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatların keçirilmə tarixləri dəqiqləşdirildi. 2015-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı hazırlandı. Elmi Şura üzvləri 27 əməkdaşı icra etdikləri vəzifələri tutmaq üçün müsabiqədən keçirdilər.

“Elliptik hipergeometrik funksiyalar” mövzusunda Ümuminstitut seminarı keçirilib

Oktyabrın 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elliptik hipergeometrik funksiyalar” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda Humboldt Universitetinin (Berlin, Almaniya) əməkdaşı Qəhrəmanov İlmar məruzə edib. Məruzə elliptik hipergeometrik funksiyaların nəzəriyyəsinə və tətbiqlərinə həsr olunub. Klassik və bazis hipergeometrik funksiyaları Eylerin dövründən məlumdursa, elliptik hipergeometrik funksiyalar son 15 ildə meydana çıxıb. Bu funksiyalara inteqrallanan sistemlərdə, dördölçülü çoxobrazlıların […]

AMEA-nın Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.Журнал вычислительной математики и математической физики. 2014.Т.54.№9. 2.Доклады Академии Наук РАН. 2014.Т.457.№1. 3.Доклады Академии Наук РАН. 2014.Т.457. №2. 4.Доклады Академии Наук РАН. 2014.Т.457.№3. 5.Доклады Академии Наук РАН. 2014.Т.457.№4. 6.Доклады Академии Наук РАН. 2014.Т.457.№5. 7.Доклады Академии Наук РАН. 2014..Т.457.№6. 8.Доклады Академии Наук РАН. 2014. Т.458.№1. 9.Доклады Академии Наук РАН. 2014. Т.458.№2. 10.Доклады Академии Наук РАН. 2014.Т.458.№3. […]

Oktyabrın 15-də “Diffuziya operatoru üçün kvaziperiodik tərs məsələnin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib

Oktyabrın 15-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin əməkdaşı, f-r.e.d, prof. İbrahim Nəbiyev “Diffuziya operatoru üçün kvaziperiodik tərs məsələnin həlli” mövzusunda məruzə edib. Məruzədə kvaziperiodik sərhəd şərtli diffuziya operatoru üçün spektral analizin tərs məsələsinin tam həll olunması haqqında danışılıb. Tərs məsələnin həlli üçün yeganəlik teoreminin isbati və müəyyən həqiqi ədədlər ardıcıllığının […]

Faydalı linklər