Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Mayın 14-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.

Mayın 14-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Sıxma dərəcəsi dəyişən daxili yanma mühərrikləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda  “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d, prof. Cəfər Ağalarov məruzə edib.  

Mayın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.

Mayın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında ABŞ-ın Texas Texniki Universitetinin “Elektrik və Kompyuter mühəndisliyi” şöbəsinin Tətbiqi proqnozlaşdırma laboratoriyasının direktoru, prof. Hamed Sair-Sarraf  məruzə edib. “Texniki proqnozlaşdırma və onun riyazi əsasları”  mövzusuna həsr olunan seminarda Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib hazırlanmış  proyektlər seminar iştirakçılarına nümayiş etdirilib. Bu proyektlər texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının iclası keçirildi.

İclasda gündəlikdə duran məsələlər müzakirə edildi, hesabatlar dinlənildi. Şöbə müdirləri 2014-cü ilin I rübündə görülən işlər barəsində şura üzvlərinə məlumat verdilər.İclasda institutun nizam-intizam qaydalarına əməl etməyən işçilər barəsində tədbir görüldü. Daha sonra institutun doktoranturasına qəbul olan 3 şəxsin fərdi iş planları təsdiq edildi.

Aprelin 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.

Seminarda “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda  “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman Məmmədov məruzə edib. Məruzə dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunub. Həmin istiqamətdəki işlər  JMAA, ZAA, JİA kimi SCİ indeksli müxtəlif jurnallarda çap edilib. Nəticə  2014-də AAA jurnalında çapa […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda Ümuminstitut seminarı keçirildi.

Seminarda mövzu üzrə “Cəbr və riyazi məntiq” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Aydın Şahbazov məruzə etdi. Aydın Şahbazov kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələrinin 70-ci illərdən konkret müntəzəm cəbrlərdə fəal surətlə araşdırıldığını qeyd etdi. Məruzdə müntəzəm cəbrləri əhatə edən, həm də çəkili tip endomorfizmlərin ümumi şəkildə […]

Riyaziyyat və Mexanika İnstitutunda “Dağılmadan əvvəlki uc zonaları dəyişkən enli yarığın sahillərinin qarşılıqlı təsiri haqqında kontakt məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib

Aprelin 16-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Dağılmadan əvvəlki uc zonaları dəyişkən enli yarığın sahillərinin qarşılıqlı təsiri haqqında kontakt məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “sürüncəklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d., prof. Vaqif Mirsəlimov məruzə edib. Məruzədə seminar iştirakçılarına elastiki deformasiya ilə ölçülən dəyişkən enli yarığı olan elastiki müstəvinin həcmi qüvvələrlə sıxılması haqqında müstəvi məsələsi barəsində […]

Faydalı linklər